Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünya idmanı şokda – Bolt uduzdu!
Tarix: 06-08-2017 | Saat: 13:12
Bölmə:Karusel / İdman / Xəbəraz TV | çapa göndər



Yamaykalı sprinter Useyn Bolt Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında 100 metr məsafəyə qaçışda 3-cü yeri tutub.
31 yaşlı idmançı ABŞ-dan olan əzəli rəqibi Castin Qetlinə və digər amerikalı Kristian Koulmenə uduzub.
Startı uğursuz alınan Bolt sonda 9,95 saniyə nəticə göstərib. Qetlin finişə 9,92 saniyəyə, Koulmen isə 9,94 saniyəyə çatıb. Qaçışın sonunda yeni dünya çempionu böyük karyeraya təşəkkür əlaməti kimi onun qarşısında diz çökərək ağlayıb.


İki atlet arasında son illər ciddi rəqabət gedib. Qetlin daha əvvəl 2005-ci ildə dünya çempionu olub. Daha sonra o, dopinqdən istifadə etdiyi üçün cəza çəkib. Bolt bu dəfə qızıl medalsız qalmasını belə şərh edib: "Bu yarış məni öldürdü. Adətən, hər bir turnirdə əvvəlkindən daha yaxşı qaçıram. Amma təəssüf ki, bu dəfə olmadı. Uduzmağımın səbəbini hələ də anlaya bilmirəm. İnanılmaz dəstək var idi. Tribunalar demək olar ki, arxamda idi və məni irəli qovurdu. Bunu çox yüksək qiymətləndirirəm. Qalib gələ bilmədiyim üçün məyusam. Qatlin isə əla rəqibdir. Əla formada olmalısan ki, ona qalib gələsən".
Qeyd edək ki, Useyn Bolt hazırkı dünya çempionatından sonra karyerasını başa vuracağını açıqlayıb. 8 qat olimpiya və 11 qat dünya çempionu Londonda 4X100 metr məsafəyə estafet qaçışına da qatılacaq.

Boltun məğubiyyəti və Qetlinin diz çökmə anının videosu


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
6-05-2016, 00:08 ANAMA parkda mərmi tapdı

bütün xəbərlər
____ Instagram ___