Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kim pullarına qənaət etmək istəyirsə, onlara 7 MƏSLƏHƏT
Tarix: 05-08-2017 | Saat: 22:19
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər



Qənaət edərək yaşamaq, o demək deyil ki, hər şeydən imtina etməlisən, keyfiyyətsiz əşya almalı və qonaq qəbul etməməlisən. Əslində qənaət etmək – bu incəsənət baxımından gözəl pul xərcləməkdir və hər kəs bundan faydalana bilər.
1) Ən əsası pulları göyə uçurtmazdan əvvəl özünüzə sual verin: mən nәyә pul xərcləyirəm və bu pulu xərcləməyə dəyərmi? Xərclədiyiniz pulların hesabından başlayaraq aldığınız pulların hesabını yoxlayın. Utanmayın, zəng edib araşdırın ki, niyə sizin telefon abunə haqqını, ya da kommunal xərclərinizi qaldırıblar. Çalışın öz xərclərinizi vaxtında ödəyəsinz. Gözləməyin ki, xərcləriniz artsın.
2) Yollanın dükana, alacağınız ərzaqların siyahısını tərtib edin, amma bundan yan keçməyin. Aldığınız ərzaqları, kredit kartı ilə yox pulla ödəyin. Ödədiyiniz pulların isə qәbzlәrini saxlayın. Qәbzlәr Sizə keyfiyyətsiz malların geri qaytarılmasına kömək edər.
3) Çalışın ən iri dukanlardan alış-veriş edəsiniz, çünkü alınan malın reklamına dükan tərəfdən pul qoyulmur və ona görə də bu mallar ucuz olur. Ümumi cəhətdən bu malların görkəmi elə də cəlb olunmur, amma keyfiyyətinə söz ola bilməz.
4) **Psixoloqların fikrinə görə, insan ac mədə ilə düşünülməmiş addım atır. Ona görə də dükana getməzdən əvvəl evdə yaxşıca yeyin.**
5) Tələyə düşməyin. Həmişə öz istədiyiniz şeyləri nəzərə alın və nəyi almaq istədiyinizə qəti qərar verin.
6) Hesablayın ki, iş yerinizdə yeməyinizə nə qədər pul sərf edirsiniz. Yəgin Siz özünüz də görərsiniz ki, bu həm cibiniz, həm də mədəniz üçün çox ziyandır. Özünüzlə işə yemək aparın ki, həm pulunuza qənaәt etmiş olasınız, həm də öz sağlamlığınızı düşünəsiniz.
7) Mütəxəssislərin bildirdiyinə görə, qızdırıcı əşyalar, çoxlu enerji aparır. Çalışın tez-tez tozsovuranın torbasını təmizləyəsiniz. Torbası dolu olan tozsovuranın 1/3 hissəsi enerjinin 40%-ni aparır. Paltaryuyan maşını dolmuş şəkildə istifadə edin, bu həm suya, həm də enerjiyə qənaət etmiş olarsınız.
Ən əsası da, qənaət etdiyiniz pullarla, istirahət və yaxud səyahət edə bilərsiniz.
(Seyidakbar Asgarov)


Xəbəri paylaş

7568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___