Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Həsənovun nəvəsinin daha iki qurbanı ölüm ayağında - Foto
Tarix: 05-08-2017 | Saat: 18:18
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Əli Həsənovun nəvəsinin daha iki qurbanı ölüm ayağında
Xəbər verdiyimiz kimi, baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen”lə törədilmiş qəza nəticəsində iki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb.
Yaralanan Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekiş olub.
Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər. Mutallib Tekiş 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko), Songül Tekiş isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Lakin yaralıların hər ikisinin vəziyyəti ağır olduğu üçün “Baku Medical Plaza”ya köçürülüblər.
Xəstəxananın baş həkimi Lalə Şəkərova Haqqın.az-a bildirib ki, Mutallib Tekiş hazırda reanimasiyadadır:
“O, süni tənəffüs aparatına qoşulub, çox sayda travması var - politravmadır. Xanım isə dünən əməliyyat olunub. İndi isə reanimasiya şöbəsindən stasionar şöbəyə köçürülüb”.


Xəbəri paylaş

7038 dəfə oxunub.

Digər xəbərlər
26-07-2017, 17:48 Yeni məzənnə

bütün xəbərlər
____ Instagram ___