Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
Məmur uşaqlarının ölüm arabası - “Gelandewagen”
Tarix: 5-08-2017, 15:34 | Saat: 15:47:00
Bölmə:Karusel / M2 / Aktual | çapa göndər

Məmur uşaqlarının ölüm arabası - “Gelandewagen”



Son zamanlar “Porsche” və “Gelandewagen” markalı avtomobillərin törətdikləri xeyli sayda qəzalar ölümlə nəticələnir. Əksər hadisələrin motivində isə bu avtomobillərin yüksək sürətlə idarə olunması və yol hərəkəti qaydalarının digər formalarda kobud şəkildə pozulması dayanır.
Xeberaz.Az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, əsasən də bəzi məmur və oliqarx övladlarının kobudcasına idarə etdikləri bu iki dünyaca məşhur avtomobil modellərini nə qədər “ölüm arabası” adlandırsaq da, əslində onların quruluşu və komfortu ölümün qarşısını almaq üçün hesablanıb. Elə bu avtomobilləri baha edən nüans da məhz budur.
Məsələnin başqa bir tərəfi də bəzi məmurların harınlamış övladlarının nə üçün məhz yuxarıda qeyd etdiyimiz avtomobil modellərinə üstünlük verməsidir. “Gelandevagen”i oliqarx övladlarına sevdirən nədir?
“Mercedes-Benz G-klass” modelləri 1979-cu ildən bu günə kimi “Mercedes-Benz” markasının istehsal etdiyi tam ölçülü yolsuzluq maşınlarıdır. Bunların arasında “Mercedes- Gelandewagen” illərdir ki, dünyada məşhurdur, lakin Azərbaycandan fərqli olaraq, onu şəhərin mərkəzi küçələrində deyil, əsasən yolsuzluq şəraitində istifadə edirlər.
Avtomobilin ilk olaraq NATO hərbçilərinin sifarişi əsasında hazırlandığı da deyilir. Lakin sonradan avtomobilin xərcləri çox, detalları baha olduğu üçün hərbiçilər bunu uyğun saymayıblar. Bildirilir ki, avtomobilin əsas sifarişçisi İran şahı Məhəmməd Rza Pəhləvi olub. Pəhləvi o vaxt “Mercedes-Benz” konserninin əsas payçılarından biri idi. Onun bu avtomobili sifariş etməkdə məqsədi isə küçələrdə “avtoşluq” etmək deyil, İrandan quru yolla qaçmaq olub.
Buna görə də “Gelandewagen”i şah avtomobili də adlandırırlar. Əfsanəvi alman yolsuzluq avtomobilinin Timati, Arnold Şvartsenegger, Roma papası, Tina Törner, Mixail Jvanetskiy, Maykl Duqlas və Bred Pit kimi məşhur sahibləri var. Bəlkə də ölkəmizdə məmur övladlarının bu modelə maraq salmalarının da əsil səbəbi, elə bu nüansdır.
Avtomobilin son illərdə istehsal edilən modellərinin qiyməti 150-200 min dollar və daha bahadır.
Sərt görünüşə və kobud səsə malik olan avtomobilin texniki parametrləri də çox yüksəkdir. “Gelandewagen” barəsində danışan avtomobil həvəskarlarının maraqlı bir cümləsi var. Bildirirlər ki, “Gelandewagen” elə bir avtomobildir ki, bütün yollar onun üçün eyni dərəcədə rahatdır.
Təəssüf ki, bu cür avtomobili normal qaydada sürə bilməyənlər də az deyil...
Ekspert Elməddin Muradlı bildirib ki, artıq ölkədə “Gelandewagen” sürücülərinin sayı xeyli artıb:
 
“Bu avtomobilin köhnə modelləri elə də baha deyil. Yəni 40-50 min manatı olan, bu avtomobilin köhnə modelini ala bilir. Ancaq məmur övladları, biznesmenlərin sürdükləri isə daha çox yeni modellərdir. Onların törətdikləri ağır qəzaların qarşısını almaq üçün cənab prezident sərt addımlar atıb. Məsələn, ”Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid, məşhur tarzənin ailəsini maşınla vurdu və iki nəfər öldü. Dərhal atası işdən çıxarıldı, özü də həbs olundu. Bu, artıq cəzanın ən ağır forması idi. Dəfələrlə də xəbərdarlıq olundu ki, məmur övladları özlərini yığışdırsınlar".
E. Muradlı bildirib ki, “Mercedes”in bütün modellərində təhlükəsizlik qaydaları çox yüksək səviyyədə qurulub:
 
“Getdikcə də bu, təkmilləşdirilir. Lakin heç də ”bu bahalı avtomobildir" deyib, tam rahat hərəkətlər etmək olmaz. Qəzalardan görürük ki, bahalı avtomobillər nə hala düşür, hətta dərhal alışıb yana bilir. Ona görə də bahalı avtomobil sürücüləri anlamalıdırlar ki, heç bir avtomobildə insan ölümdən sığortalanmayıb. Dünyada elə bir avtomobil yoxdur ki, təhlükəsizlik baxımından tam güvənilər olsun. Bahalı avtomobillərdə qəzaya düşən xeyli sayda varlı şəxslərin övladları olub ki, onlar sağ qalmayıblar. Məsələn, bir müddət öncə Babək prospektində “Porsche” “Zil” markalı avtomobilə dəymişdi və iki nəfər yanıb öldü. O da bir bahalı hadisə idi. Eyni zamanda “Hafka” kimi tanıdığımız Hafiz Məmmədovun oğlunun “Maseratti”sinin də Rəşid Behbudov küçəsində arxa təkəri bir balaca səkiyə dəyməklə maşın od tutub yandı. Ona görə də diqqətli olmaq lazımdır, çünki hadisə qaçılmazdır".








3558 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
18-07-2018
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___