Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yunanıstanda xalq bankomatlara hücum edib
Tarix: 28-06-2015 | Saat: 13:31
Bölmə:Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər

Yunanıstanda xalq bankomatlara hücum edib
Uzun növbələr yaranıb.

Yunanıstan parlamenti iyunun 28-nə keçən gecə çağırılmış təcili plenar iclası zamanı iyulun 5-də referendumun keçirilməsi təklifini ratifikasiya edib. Referendumda seçicilər ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməyəcəyinə münasibət bildirəcəklər.

Xeberaz.az AzərTAc-a istinadla xəbər verir ki, Yunanıstanda, hökumətin, kreditorların bu ölkəyə nağd pul axınının bərpa edilməsi müqabilində irəli sürdüyü şərtləri xalq səsverməsinə təqdim etmə qərarı Avropa tərəfdarı olan müxalifət partiyalarının sərt reaksiyalarına səbəb olarkən, qərarın açıqlanması ilə minlərlə vətəndaş pul çəkmək üçün bankomatlara hücum edib. Başda paytaxt Afina olmaqla ölkənin bütün şəhərlərindəki bankların önündə gecə saatlarından etibarən uzun növbələr yaranıb. Əmanəti olan vətəndaşlar bacardıqca daha çox pul çıxarmağa çalışırlar.

Qeyd edək ki, Avrozona ölkələrinin maliyyə nazirləri Şurası (Avropa Qrupu) Yunanıstan və onun kreditorları arasında razılaşmaya növbəti dəfə nail olmaq məqsədilə ötən gün Brüsseldə növbədənkənar toplantı keçirib. İclasda Yunanıstanda büdcə qənaəti və islahatlar proqramı müzakirəyə çıxarılıb. Kreditorlarla razılaşmaya nail olunacağı təqdirdə ölkə əlavə beynəlxalq kreditlər almaq imkanı əldə edəcəkdi. Hazırda Yunanıstanın Avrozona tarixində ilk dəfə suveren defolta uğraması və valyuta birliyini tərk etməsi riski var.


Xəbəri paylaş

6478 dəfə oxunub.

Digər xəbərlər
13-11-2016, 13:46 Bakı metrosunda ölüm

bütün xəbərlər
____ Instagram ___