Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bir ovuc quru tutu qaynadıb, suyunu için – HƏKİMDƏN FAYDALI RESEPT
Tarix: 04-08-2017 | Saat: 13:44
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

 
Türkiyənin məşhur professoru, kimyaçı İbrahim Saracoğlu ağ tutun faydalı olduğu xəstəliklər barədə danışıb.Mütəxəssisin fikirlərini təqdim edir.
 
İ.Saracoğlu həm quru, həm də ağ tutun təbii antibiotik olduğunu deyir: “Yay aylarında yetişən ağ tut təbii antibiotik sayılır. Qışda isə çərəz kimi ağzımızı dadlandırmaq üçün yediyimiz quru ağ tut qrip və digər infeksional xəstəliklərə qarşı qoruyucu təsirə malikdir. Ağ tutun tərkibindəki maddələr bəzi iltihabi xəstəliklərə qarşı təbii dərman kimi istifadə oluna bilər”. 
 
İltihaba faydalı tut qarışımının hazırlanma qaydası:
 
Həkim tutdan hazırlanan qarışımın reseptini də açıqlayıb.
 
Yarım litr qaynamaqda olan xlorsuz suyun içərisinə bir ovuc dolusu (5-6 yemək qaşığı) ağ tut qurusu atın və altı dəqiqə vam odda qaynatmağa davam edin. Altıncı dəqiqədən sonra ocaqdan götürün, ilıq olanda süzün. Suyun yarısını səhər ac qarına, digər yarısını axşam ac qarına için. Qaynadılmış tutların yeyilməsi elə də vacib deyil. Ümumilikdə 25 gün istifadə edin və hər dəfə təzə-təzə hazırlayın.
 
Bu resept ekzemaya da faydalıdır. Tut qarışımına ekzemalı əlinizi salın və 10 dəqiqə gözləyin. Bir saat əllərinizi yumayın. Sonra əllərinizi su ilə durulayın. Həftədə üç dəfə bunu təkrar edin. Əllərinizi saldığınız qabın çox soyumamasına diqqət edin. Lazım olarsa, təkrar isidin.
 
Əgər ekzema ayaqlarınızda, əl biləklərinizdədirsə, qaşıqla həmin hissənin üzərinə 10 dəqiqə boyunca tez-tez tökün.
 
Bundan əlavə ağ tut yarpaqları əsasən şəkər xəstələrində sağalmayan yaraların müalicəsində istifadə olunur. Yarpaqların tərkibində olan antiseptik və təbii antibiotik bitişməyən yaralara müsbət təsir edir. Belə yaralara qarşı təzə tut yarpağından hazırlanmış çay da effektli vasitədir.
(ailem.az)


Xəbəri paylaş

7708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___