Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türk həkimin xərçəngin müalicəsində inqilabı (FOTO)
Tarix: 28-06-2015 | Saat: 12:16
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Türk həkimin xərçəngin müalicəsində inqilabı (FOTO)
Bu sınaqlar sayəsində xərçəng xəstələri lazımsız dərmanlardan istifadə etməyəcək.

Türkiyəli həkim professor Tan İnce xərçəng xəstəliyinin müalicəsində bir yeniliyə imza atıb.Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, 52 yaşlı türkiyəli mütəxəssis bədəndə olan bədxassəli şişin hüceyrələrini laboratoriya şəraitində böyütməyə nail olub. O, araşdırmalarının birində yeni müalicə üsulunu belə təsvir edib: "Bizim məqsədimiz xəstələrdən xərçəng hüceyrələrinin götürülərək laboratoriyada böyüdülməsi və həmin hüceyrələrə uyğun dərmanların tapılmasıdır".

Tan İnce son 15 ildir hüceyrələrin laboratoriyada böyüdülməsi üzərində işlədiyini deyib. "Mən və komandam 25 xəstədən aldığımız yumurtalıqdakı şiş hüceyrələrini laboratoriyada böyüdə bildik. Həmin hüceyrələri amin turşusu, müxtəlif yağlar vitaminlər və başqa maddələrdən hazırlanan xüsusi maye sayəsində böyütmüşük. Maye ümumilikdə 90 müxtəlif maddənin qarışığından hazırlanıb", - deyən həkim böyüdüləndən sonra həmin hüceyrələr üzərində sınaqlar aparılacağını bildirib. "Böyüdülən hüceyrələrə müxtəlif dərmanlar veriləcək və onlardan hansının təsirli olacağı müəyyən ediləcək".


Tan İnce artıq maraqlı nəticələrin əldə edildiyini də deyib. "Heç ağla gəlməyən dərmanlar bəzi şişlərə təsir edir. Ağır vəziyyətdə olan sidik kisəsi xərçəngindən götürdüyümüz nümunədə 200-ə yaxın dərman sınadıq. Bunların hamısı xərçəng müalicəsində istifadə edilirdi. Lakin onlardan cəmi 4-5-i təsirli oldu. Həmin dərmanlardan biri qan xərçəngində istifadə edilirdi və sidik kisəsi xərçəngi müalicəsində heç ağıla da gəlməzdi", - deyən İnce bildirib ki, bu sınaqlar sayəsində xərçəng xəstələri lazımsız dərmanlardan istifadə etməyəcək və onların mənfi təsirlərinə məruz qalmayacaqlar.


Xəbəri paylaş

6768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___