Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Turnikdə 4321 dəfə çəkindi Bu insandırmı?-VİDEO
Tarix: 19-03-2015 | Saat: 21:59
Bölmə:Karusel / İdman / Maraqlı / M2 | çapa göndər

Turnikdə 4321 dəfə çəkindi Bu insandırmı?-VİDEO
Xeberaz.az ATV.az istinadən xəbər verir ki, 24 saat ərzində turnikdə nə az, nə çox 4321 dəfə çəkindi, üstəlik bunu edən şəxsin 54 yaşı var. ABŞ-ın Texas ştatında yaşayan Mark Cordan inanılmaz dünya rekorduna imza atıb. Korps Kristi şəhərindəki idman zallarından birində turnikdən yapışan amerikalı bütün bir sutkanı həmin turnikdə dartınmağa sərf edib.
Əlbəttə söhbət dünya rekordundan gedirsə deməli, Mark Cordan bu qədər çox dartına bilən yeganə insan deyil. Odur ki, amerikalı idmançı əvvəlki dünya rekordunu aradan qaldırmaq üçün ən azı 4210 dəfə çəkinməli idi. Hər nə qədər çətin görünsə də, Mark Cordan tapşırığın öhdəsindən artıqlaması ilə gəlib. O 24 saat ərzində 4300 dəfə çəkinməklə rekordu sığortalayıb. Bununla belə, o göstəricini 4321-ə çatdırmaqla dünya rekorduna əlavə əyləncə qatıb.
Bundan əvvəlki dünya rekordu qəribə və xoşagəlməz hadisə ilə yadda qalmışdı. İdmançı 4210 dəfə turnikdə çəkindikdən sonra əzələləri partlamağa başlamış, sözügedən şəxs dərhal xəstəxanaya yerləşdirilmişdi. 54 yaşlı Mark Cordanın səhhətində isə heç bir problem yaşanmayıb. Onu da qeyd edək ki, bu şəxs dünya rekordundan əldə etdiyi gəirləri xeyriyyə məqsədi ilə sərfə edəcək. Bu rekordla sağlam həyat tərzini təbliğ etdiyini, gənclərə örnək olacağını ümid etdiyini deyən Cordan, öz rekordunu yeniləməklə bağlı planının olmadığına işarə vurub.

[media=https://youtu.be/saKNZDDFTxQ]


Xəbəri paylaş

7628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___