Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Moldovada qol səsi -Qarabağ ilk hissədə öndədir
Tarix: 01-08-2017 | Saat: 21:55
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər


Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok sınağına çıxacaq.
 
Ağdam təmsilçisi Moldovada bu ölkənin ən titullu klubu “Şerif”in qonağı olacaq. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələrini səfərdə qollu heç-heçə də qane edir.
 
Mərhələ keçmək, bunu oyunu penaltilər seriyasına daşımadan gerçəkləşdirmək üçün “Qarabağ” mütləq qol vurmalıdı. Cari mövsüm keçirdiyi 3 oyunda 6 qol vuran təmsilçimizin məhsuldarlığı Tiraspolda uğura ümid etməyə əsas verir.
 
Ardıcıl 4-cü dəfə Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn ağdamlılar tilsimlənmiş raundu keçməyə iddialıdı. Əvvəlki üç mövsümdə “Zalsburq”, “Seltik” və “Viktoriya” sədlərinə ilişdikdən sonra mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ” bu xoşagəlməz tendensiyanı qırmalıdı.
 
Düzdü, son üç ildə daha aşağı səviyyəli turnirə “göndərilən” çempionumuz pley-offu adlamağı bacarıb. Bu da qrupda oynamaq imkanı verib. Lakin ağdamlılar tarix yazmaq şansından yararlanmaq niyyətindədi. İndiyədək heç bir Azərbaycan klubu qitənin ən nüfuzlu klub turnirinin pley-offunda oynamayıb. 3 imkanı qaçıran “Qarabağ”la yanaşı, “Bakı” və “Neftçi”nin də bu raundun astanasında dayandığını nəzərə alsaq, klublarımızın 5 cəhdi uğursuz alınıb.
 
Tiraspolda uğur qazanmaqla bu turnirin pley-offuna yüksələcək “Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edəcək. Çünki növbəti raundda məğlubiyyət Avropa Liqasının, qələbə isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə verir. “Şerif” səddi keçilməsə, “Qarabağ” yenidən Avropa Liqasının pley-offunda oynamalı olacaq.
 
Qeyd edək ki, Tiraspolun “Şerif” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
1 avqust
 
“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Ndlovu, 45+3
 
Baş hakim: Roy Reynşreyber
Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)
Hakim-inspektor: Paulius Malzinskas (Litva)
Tiraspol. “Şerif” stadionu
İlk oyun – 0:0
 
“Şerif”: 1. Zvonimir Mikuliç, 4. Petru Raku, 6. Viktor Oliveyra, 8. Ceremi De Noyer, 15. Kristiano da Silva, 20. Kirill Bayala, 30. Yosip Brezoveç, 39. Ziquy Badibanqa, 55. Mateo Suşiç, 90. Vyaçeslav Posmak, 99. Vitalie Damaşkan
Ehtiyat oyunçular: 25. Sergey Yuriç, 3. İon Yardan, 9. Stefan Muqoşa, 14. Benjamin Balima, 18. George Anton, 32. Yevgeni Oansea, 37. Vitalie Bordian
Baş məşqçi: Roberto Bordin
 
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 52. Yakup Jejniçak, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov



3838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___