Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlk gecə qorxusu (Qızlar üçün 18+)
Tarix: 28-06-2015 | Saat: 10:43
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər

İlk gecə qorxusu (Qızlar üçün 18+)
İlk əlaqə həm qadın, həm də kişi üçün çox xüsusidir, ancaq ilk gecə qorxusu bu xüsusi anın mənasını məhv edə bilər. AzadQadın.azda ilk gecə qorxusu və bunu aşmaq üçün edilməsi lazım olanlar izah edilir.
Ereksiya , kişinin ruhi vəziyyətiylə əlaqəli olduğu üçün çoxları ilk əlaqəsində ereksiya problemi yaşaya bilər. Bu vəziyyət keçicidir və ümumiyyətlə daha sonrakı əlaqələrində hər hansı bir problem meydana gətirməz.
Qızlar üçün isə vəziyyət bir az daha fərqlidir. Cəmiyyət olaraq qızların üzərindəki təzyiq kişilərə nisbətlə daha çoxdur. Ayrıca gərək yaxınlarından (ana, bacı, xala kimi), gərəksə yoldaşlarından eşitdiyi şişirdilmiş məlumatlardan yana qızlar ilk cinsi əlaqə mövzusunda olduqca gərgin olurlar.

Qızlıq pərdəsi, vaginanın dərhal giriş hissəsində olan halqa şəklli mukoza qıvrımıdır. İlk əlaqə ilə bəzi yerlərindən cırılaraq qanayır ki, bu da ilk gecədə gözlənilən qanamanı əmələ gətirir. Bu mütləq bir nəticə deyil, ümumiyyətlə hər on qızdan səkkizində qanama ola bilər. Qalanında çox az, bəzən də heç olmaya bilər. Bu vəziyyət pərdənin elastik olması, qeyri-kafi olması və ya damarsal quruluşdan kasıb bir bölgədən cırılmasıyla əlaqəlidir.

"İlk gecə qanama olmazsa nə edərəm" qorxusu, gərəksə yaxınlarından eşitdiyi "pərdənin həddindən artıq ağrıyla cırılacağı" narahatlığı səbəbiylə ilk gecə kabusu yaşana bilər. İlk gecə həyəcanını xoşbəxt bir hadisəyə çevirmək heç də asan olan bir iş deyil. Bu bir də mədəniyyət problemidir. Mühafizəkar cəmiyyətlərdə bu problem az- çox mütləq yaşanır. Şişirdilmiş bir ağrı və qanama olacağı illər boyu beyinlərə yeridilmişdir çünki...
Halbuki gerçək tam olaraq belə deyil. Qanama pərdə cırılmasıyla birlikdə yaşanması lazım olan normal bir vəziyyətdir. Pərdə incə və strukturca olaraq da pərdə kimidir. Bunun cırılması əlaqədən alınacaq zövqə kölgə salmamalıdır. Anlıq bir ağrı hiss edilir və davamında isə bunun yerini cinsi zövq alır. Təbii bəzən pərdə ətli quruluşda və qalın isə qanama və acı -ağrı bir az çox ola bilər.

Kişiyə düşən vəzifələr
Burada kişiyə də vəzifələr düşməkdədir. Həyat yoldaşına qarşı şəfqətli və anlayışlı olmalıdır. İnancınıza görə yüngül spirt ala bilər və ya sakitləşdirici bir dərman istifadə edə bilərsiniz. Kişi hərəkətlərində nəzakətli olmalı, əlaqə üçün tələsməməli və məcburedici olmamalıdır. Ön sevişmə ola bildiyincə uzun tutulmalı və qadının vaginal girişə uyğun ola bilməsi üçün kifayət qədər islanmasına şərait yaradılmalıdır.
Penisin vaginaya ani bir hərəkətlə girməsi əslində anlıq bir ağrı meydana gətirdiyindən yavaş yavaş girməsindən daha yaxşıdır. Ancaq ağrıdan şikayət edilirsə əlaqəni davam etdirməkdən çox bu nöqtədə dayanmaq və penisi çox hərəkət etdirməmək daha yaxşıdır. Həm vagina penisə alışar, həm də cırılan pərdə parçası tam olaraq cırılmasını tamamlayar. Sürüşdürücü geldən də bu mərhələdə istifadə edilə bilər.
Nəticə olaraq ilk gecə çox xüsusi olmalıdır. Evlilik sonrasında necə olursa olsun, çoxları üçün yaxşı xatirələrlə xatırlanması lazım olan bir gecə olaraq yaddaşlarımızda qalmalıdır.


Xəbəri paylaş

4 4668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___