Aprel döyüşlərində öldürülən əsgərin anası müdafiə nazirinə səsləndi: "İkinci oğlumu vermirəm"
Tarix: 01-08-2017 | Saat: 14:21
Bölmə:Karusel / Siyasət / Dünya / Foto-fakt | çapa göndər
Ötən ilin aprel döyüşləri zamanı Qarabağda öldürülən əsgər Qriqor Arutyunyanın anası ikinci oğlunu hərbi xidmətə göndərməkdən imtina edir.
Xəbəraz.Az virtualaz.org-a istinadən xəbər verir ki, Anait Qriqoryan ikinci oğlu Seryojanın ailənin yeganə çörək gətirəni olduğunu bildirərək onu orduya verməyəcəyini deyir.
Qadının dediyinə görə, onun oğlunu hərbi xidmətə iyulun 31-də çağırıblar. O, Seryojanın əvəzinə İrəvanın Erebuni rayon hərbi komissarlığına gedib. "Orada mənə dedilər ki, son on ildə Qriqor və Serjoyanın himayəsində yaşadığım və Qriqorun ölümündən sonra təkcə Seryojanın ümidinə qaldığım haqda hansısa sənədlər toplayıb gətirim. Mən də sənədlər təqdim elədim ki, birinci nigahdan olan uşaqları uzaqda yaşayır, özümün səhhətim qaydasında deyil", - qadın bildirir.
Anait Qriqoryanın dediyinə görə, oğlunu hərbi xidmətə göndərməmək üçün ondan tələb olunan sənədləri silahlı qüvvələrin Baş qərargahına göndəriblər. Lakin Baş qərargah rəisi general Movses Akopyan cavab yazıb ki, qanuna görə Seryoja hərbi xidmətdən azad oluna bilməz.
"Mənə söz vermişdilər ki, iyul çağırışı başa çatandan sonra oğlumun hərbi xidmətdən azad olunmasını təmin edəcəklər. Lakin iyulun 31-də onu gözlənilmədən hərbi komissarlığa çağırıblar və bildiriblər ki, müdafiə naziri Vigen Sərkisyan Seryojanın hərbi xidmətdən azad olunmasına razılıq verməyib. Nəticədə mən ərizə yazdım ki, oğlumu hərbi xidmətə göndərməkdən imtina edirəm. Müdafiə naziri güzəştə getmlidir və oğlumu hərbi xidmətdən azad etməlidir, çünki onun atası yoxdur, biz ağır vəziyyətdə yaşayırıq. Qardaşı ötən ilin aprel döyüşlərində həlak olub. Seryojanı ancaq mənim meyitimin üstündən keçib orduya apara bilərlər"-Anait Qriqoryan bildirib.
Qriqor Arutyunyan ötən ilin aprel döyüşlərində "itkin düşmüş hərbçilər" siyahısında olub. Daha sonra Azərbaycan tərəfi onun meyitini qaytarıb.
Xəbəri paylaş
7348 dəfə oxunub.
Digər xəbərlər

15-11-2015, 01:18
Vətəndaşların müraciət hüququ müəyyən edildi - Fərman
10-11-2021, 13:07
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: noyabrın 10-dan...
24-11-2022, 10:33
Bakıda AĞLASIĞMAZ CİNAYƏT: Ata 2 yaşlı oğlunu bıçaqladı
18-04-2017, 12:51
Bürclər bu günə nələr vəd edir?
3-10-2017, 12:10
"Yüz minlərim getdi" - Azərbaycanlı müğənni BANKROT OLDU - VİDEO
10-05-2016, 07:12
Gəncədə bazarda yanğın olub
8-07-2016, 14:27
Şok kadrlar: dayə ayaq barmağını uşağın ağzına soxdu - FOTO
4-10-2015, 11:43
Aytən Səfərova ATV-də
27-11-2016, 14:13
Azərbaycanda biabırçı həkim səhvi: İki aylıq körpə kor oldu (VİDEO)
5-06-2018, 11:41
Rihanna milyarder sevgilisindən ayrıldı