Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Millət vəkili: "Qiymət artımı Azərbaycanın inkişafına böyük töhfə verəcək"
Tarix: 01-08-2017 | Saat: 13:12
Bölmə:Karusel / Siyasət | çapa göndər

 
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev kommunal xərclərin qiymətlərinin artırılması ilə bağlı söylədiyi qalmaqallı fikirlərinə aydınlıq gətirib.
Xəbəraz.Az-ın məlumatına görə, R.Quliyev ölkə.Az-a açıqlamasında sözügedən fikrinin üzərində dayandığını bildirib. Deputat həmçinin deyib ki, sözügedən müsahibəsini bir il öncə verib:
"Anlamıram ki, nə üçün bir il əvvəl verdiyim açıqlama indi tirajlanır!”.
Daha sonra R.Quliyev əlavə şərh verməyəcəyini deyib:
"Qiymət artımı ilə bağlı danışmaq istəmirəm. Bağışlayın, indi danışa bilmirəm!”.
Xatırladaq ki, Milli Məclisin deputatı Rüfət Quliyevin kommunal xərclərin qiymətlərinin artırılması ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb:
"Kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək. Bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək. Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkətlərinə, "Azəriqaz” və "Azərişıq” İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək. İstər rayon sakinləri, istərsə də Bakı sakinlərinin böyük əksəriyyəti "kombi” istilik sistemindən istifadə etmir. Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”.


Xəbəri paylaş

7148 dəfə oxunub.

Digər xəbərlər
21-04-2016, 22:54 Lavrov İrəvandadır

bütün xəbərlər
____ Instagram ___