Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Forbes” Bakı haqqında məqalə dərc etdi
Tarix: 01-08-2017 | Saat: 13:08
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

“Forbes” Bakı haqqında məqalə dərc etdi
Dünyaca məşhur jurnal “Forbes” Bakı haqqında məqalə dərc edib.
Məqalənin adı “Dənizdə İnkişaf edən Moda Paytaxtı: Azərbaycan yola davam edir”, müəllifi isə Stefan Rabimovdur. O, Bakı haqqında olduqca xoş təəssüratlarını qeyd edib. Müəllifin fikrincə, bu sehrli şəhər tarixi və modern faktorlarını özündə birləşdirir:
“Bu şəhərə ad verin. Budur sizə ipucu. Zaha Hadidin arxitekturasına malik şəhər, Formula 1 yarışına ev sahibliyi edir və neft ehtiyatları ilə zəngindir. Bir tərəfdən Dubaya bənzəyir. Lakin mədəniyyəti çox qədimdir. Bura Azərbaycanın paytaxtı Bakıdır. Ultramodern həssaslığı və kosmopolit həyat tərzi ilə Xəzər dənizinin sahillərində yerləşir. Şəhərdə qlobal moda sənayesinin mövcudluğu hiss olunur. Artıq Azərbaycan Moda Həftəsi beşinci mövsümünü keçirib.
Bakı özünün əzəməti ilə bizi təəccübləndirir. Sovet dövrünün keçmiş avtoritar üslubundan çıxmağı bacaran dünyəvi bir müsəlman şəhəridir. Alov Qüllələri heyranedicidir. Memarlar 2000-ci ilədək var olan daş binaların yanında müasir və uca qüllələr ucaldıblar”.
Müəllif məqalənin davamında Azərbaycanda keçirilən Moda Həftəsi barədə də geniş məlumat verib və kolleksiyaları bir-bir təsvir edib.
Məqaləni oxumaq üçün bu keçidə baxa bilərsiz:

https://www.forbes.com/sites/stephanrabimov/2017/07/31/emerging-fashion-capital-by-the-sea-azerbaijan-hits-the-runway/#606345f51ece



Xəbəri paylaş

6168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___