Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda 5 nəfərin güllələnərək öldürüldüyü hadisənin SƏBƏBİ - TƏFƏRRÜAT - YENİLƏNİB
Tarix: 31-07-2017 | Saat: 11:15
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Bu gecə Hacıqabul rayonunda 5 nəfərin güllələnərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Bayram İbrahimov küçəsində Məhəmməd Qəmbərovun evinə gələrək 4 nəfəri gülləyərək öldürən Mübariz Mehdiyevin psixi problemlərinin olduğu bildirilir. Məlumata görə, M.Mehdiyev Qəmbərovlar ailəsinin başçısı olan Məhəmməd Qəmbərovla Rusiyaya işləməyə gedib. Lakin orada bu şəxslər arasındakı münasibətlər pozulub və M.Qəmbərov vaxtaşırı həmyerlisini döyürmüş. Xeyli vaxt keçəndən sonra Hacıqabula qayıdan tanışların münasibəti qaydasına düşməyib və Məhəmmədin onun haqqında nalayiq söhbətlər etdiyini eşidən Mübariz tüfənglə onun evinə gələrək güllələmək istəyib.
 
Bildirilir ki, Məhəmməd Qəmbərov dərhal evi tərk edərək uzaqlaşıb. Məhəmmədin arxasıyca atəş açan və onu yaralayan M.Mehdiyev daha sonra onun ailə üzvlərini qətlə yetirib.
 
M.Mehdiyevin daha sonra özünü güllələməsi, yaxud polis tərəfindən zərərsizləşdirilməsi isə hələlik tam dəqiqləşməyib.
 

 
8:36
 
Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb.
 
APA-nın Mil-Muğan bürosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.
 
Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.
 
Ailə üzvlərindən biri-Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
 
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
 
 
***
 
07:48
 
Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.
 
Hadisəni törədən şəxs polis tərəfindən zərərsizləşdirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Сinayətin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
 
***
 
Hacıqabulda naməlum şəxslər yaşayış evinə silahlı basqın edib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bayram İbrahimov küçəsində qeydə alınıb.
 
İlkin məlumata əsasən, hadisə nəticəsində Hacıqabul şəhər sakini, 1958-ci il təvəllüdlü Qəmbərova Almara ölüb, Qəmbərov Məhəmməd  yaralanıb. İnsident nəticəsində ölənlərin sayının artması ehtimal edilir. Hadisəni törədən şəxsin polis tərəfindən güllələnərək öldürüldüyü bildirilir. İnsidentin təfərrüatları müəyyənləşdirilir.
 
Hadisəni törədən şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir


Xəbəri paylaş

9148 dəfə oxunub.

Digər xəbərlər
30-08-2015, 12:29 İsa peyğəmbər evli idi?

bütün xəbərlər
____ Instagram ___