Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün IX Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
Tarix: 29-07-2017 | Saat: 14:11
Bölmə:Karusel / Gündəm | çapa göndər



Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və "Gilan Holdinq”in dəstəyi ilə bu gün axşam saatlarında IX Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək.

Festivalın keçiriləcəyi məkanlarda hazırlıq işləri başa çatdırılıb. Səhnə tərtibatı qurulub, alət və avadanlıqlar yerləşdirilib. Yerli və əcnəbi musiqiçilər dünən Qəbələyə gələrək otellərdə yerləşiblər.
Beynəlxalq Musiqi Festivalında Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorlar iştirak edəcək, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera, Dövlət Akademik Opera və Balet Teatrının simfonik, İngiltərənin Femusa kamera orkestrlərinin və digər qrupların çıxışları olacaq.
Festivalın iştirakçıları arasında respublikanın tanınmış musiqiçiləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Azər Rzazadə, İsfar Sarabski, eləcə də Janna Qandelman (İsrail), Mixael Sladkin (ABŞ), Dmitri Yablonski (ABŞ), Canluicci Sartori (İtaliya), Mojca Zlobko Vaygl (Sloveniya), Nomeda Kazlaus (Litva) və digərləri də var.
Beynəlxalq Musiqi Festivalının ilk konserti bu gün saat 18:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin Kamera Musiqi Zalında olacaq. Axşam saat 21:00-da isə mərkəzin qarşısındakı parkda quraşdırılan açıq səhnədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Gənclər Kamera Orkestri çıxış edəcək.
Avqustun 3-dək davam edəcək festival çərçivəsində Qəbələ, Şəki və İsmayıllıda 15-ə yaxın konsertin verilməsi nəzərdə tutulur.


Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___