Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəkidə reyd zamanı polis saxlanıldı - VİDEO
Tarix: 29-07-2017 | Saat: 11:35
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər


Dövlət yol polisi inzibati xəta törətdiyi üçün cərimə olunan sürücülərə qarşı kütləvi reydlərə başlayıb.

Xəbəraz.Az ARB TV-yə istinadla xəbər verir ki, Şəkidə qanuna laqeyd yanaşan bəzi sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb, bəzi sükan sahiblərinə qarşı isə protokol tərtib edilib.

Rayonun müxtəlif ərazilərində keçirilən reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. Polisin məlumatına əsasən, reyd cərimənin ödənilməsini 3 aydan çox gecikdirən sürücülərə qarşıdır.

Reyd zamanı 10 sürücünün avtomobili cərimə meydançasına aparılıb. Təxminən 10-a yaxın sürücüyə qarşı inzibati xətalar məcəlləsinin müvafiq bəndinə uyğun protokol tərtib edilib. Reyd zamanı hətta iş başında olan digər polis əməkdaşları belə saxlanılaraq onlara xəbardarlıq edilib.

Həmçinin Şəki DYPB-nin əməkdaşları avqust ayında keçiriləcək təhlükəsizlik hava aylığı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Polisdən verilən məlumata görə, cərimələri ödəməyənlərə qarşı reydlər davam edəcək.


Xəbəri paylaş

9938 dəfə oxunub.

Digər xəbərlər
4-09-2017, 10:40 Cəbhədən XƏBƏR VAR

bütün xəbərlər
____ Instagram ___