Nabranda güllələndiyi deyilən polis rəisi: "Bakıda, iş başındayam"
Tarix: 29-07-2017 | Saat: 11:06
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bəzi KİV-lər Binəqədi rayon Mühafizə İdarəsinin rəisi, Xaçmaz rayon icra hakimiyyəti baçısı Şəmsəddin Xanbabayevin oğlu Samir Xanbabayevin Nabrdandakı istirahət mərkəzlərindən birində guya hansısa yüksək vəzifəli məmurun oğlu ilə mübahisə zamanı güllələndiyi haqda xəbər yayıblar.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu məlumat tamamilə uydurmadır. "Biz bu informasiyanı qəti təkzib edirik. Samir Xanbabayev hazırda Bakıda, iş yerindədir" - mətbuat xidməti bildirib.
Həmin xəbərdə iddia olunurdu ki, insidentdə yaralanan polis rəisi Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin xəstəxanadan saytımıza bildiriblər ki, onlara bu adda xəstə daxil olmayıb.
Bu arada yaralandığı haqda şayiə yayılan polis rəisinin özü də redaksiyamıza zəng vurub, hazırda Bakıda, işinin başında olduğunu deyib. "Mən anlamıram ki, bu dezinformasiyanı kim və hansı məqsədlə yayıb. Mən bu günlərdə ümumiyyətlə Bakı şəhərini tərk etməmişəm, iş yerimdəyəm. Bu, açıq-aşkar təxribatdır" - polkovnik-leytenant Samir Xanbabayev kifayət qədər gümrah səslə bildirib.
Xəbəri paylaş
1 1838 dəfə oxunub.
Digər xəbərlər

21-03-2015, 13:46
“O dəqiqə pis şeylər fikirləşirəm...”
11-04-2021, 11:28
Bakıda gənc bıcçaqlanaraq qətlə yetirildi
29-04-2016, 18:30
İlqar Məmmədov həbsdə qaldı
23-03-2017, 13:47
Bacı-qardaş birlikdə intihar etdi
24-10-2015, 12:00
Ziya Məmmədov jurnalistlərlə zarafatlaşdı
29-06-2018, 15:00
Sürücülərə BƏD XƏBƏR: rüsum artırıldı - YENİLƏNİB
30-03-2020, 13:27
Yoxa çıxan Stilist Səxavətdən xəbər var-Polisdən açıqlama
5-01-2016, 19:46
İŞİD yaraqlıları daha bir jurnalisti edam etdilər