Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İstanbula düşən dolu 10 nəfəri xəstəxanalıq etdi
Tarix: 28-07-2017 | Saat: 09:48
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər



İstanbula ötən gün axşam saatlarında  düşən şiddətli dolu və əsən güclü külək nəticəsində 10 nəfər xəsarət alıb.  “Milliyet”-in verdiyi xəbərə görə, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti ağırdır.
 
NTV telekanalının xəbərinə görə, Bosfor boğazının altından keçən tunelin fəaliyyətində məhdudiyyətlər yaranıb. Şəhərin “Atatürk” və “Sabiha Gokçen” hava limanlarının işində fasilələr yaranıb, 15-dək təyyarə hava şəraitinin pisləşməsi səbəbindən eniş edə bilmədiyindən ehtiyat aerodromlara yönəldiliblər.      
 
Bundan başqa, şiddətli külək şəhərdə 200-dək ağacı və 5 qaldırıcı kranı aşırıb, 88 binanın dam örtüyünü qoparıb, tramvay xətlərinin elektrik naqillərini qırıb. Küçükçekmece rayonunda minarə uçub, xoşbəxtlikdən xəsarət alan olmayıb.    
 
Meteoroloqlar hava şəraitinin daha da pisləyəcəyini proqnozlaşdırırlar.  
 
Bundan əvvəl iyulun 18-də İstanbulda son 9 ildə ən güclü leysan yağıb.    







Xəbəri paylaş

5758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___