Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Mavi"lər Quranı cırıb yandırdılar, İŞİD-ə qarşı döyüşlərə başladılar - "Kişiləri sevirik, amma onları məhv edəcəyik" - FOTO
Tarix: 27-07-2017 | Saat: 11:58
Bölmə:Karusel / Hadisə / Dünya / Foto-fakt | çapa göndər


"İnsanların başına nə bəlalar gəlirsə, bax, bu kitaba görə gəlir. Din siyasiləşib, müharibə və savaş vasitəsinə çevrilib. Baxın, kitabı yandıracağam, çünki mən azad insanam".
Bunu deyən saqqallı gənc şəxs əlindəki Qurani-Kərimin səhifələrini cırmağa başlayıb. Daha sonra o, Quranı yerə ataraq tapdalayıb, sonra da əlindəki alışqanla od vurub yandırıb.
Olay Suriyanın şimalında, kürdlərin kompakt yaşadığı "Rojava" bölgəsində yaşanıb.
Kürdlərin terrorçu PKK təşkilatının Suriyadakı törəməsi olan "Xalq Özünümüdafiə Dəstələri" ("Yekineyen Parastina Gel", YPG) üzvü kamera qarşısında Quranı yandırandan sonra müsəlmanları və İslamı təhqir etməyə, söyməyə başlayıb.
Analoji olay Afrində də yaşanıb.
Bu arada Suriyada cinsi azlıqların, daha konkret olsaq, homoseksualların xüsusi alayı yaradılıb. "The Queer Insurrection and Liberation Army" (TQİLA) alayının yaydıığı bəyanata görə, "mavi"lər İŞİD-ə qarşı vuruşmaqla yanaşı, "seksual inqilab və gender binarlığına qarşı savaş"la da məşğul olacaqlar.
Alayın sloqanı "Kişiləri sevirik, amma onları məhv edəcəyik"dir.
Qurani-Kərimin səhifələrini cırıb yandıranlar da bu alayın mənsubları olan "mavi"lərdir.
"Mavi"lərdən ibarət TQİLA-nın  komandirlərindən biri Haval Royhilatın dediyinə görə, birləşmədəki döyüşçülərin sayını açıqlaya bilməz: "Sıralarımızda homoseksuallar çoxluq təşkil edir. Lakin bizə qoşulan lesbiyanların, biseksualların, transseksualların, interseksualların, kvirlərin də sayı artır. Biz artıq Rəqqada İŞİD-ə qarşı vuruşuruq".

Anarxistlərin beynəlxalq hərəkatlarından olan "Beynəlxalq İnqilabi Xalq Partizan Qüvvələri" (International Revolutionary People's Guerrilla Forces, İRPGF) da Suriyada cinsi azlıqların əlahiddə alayının yaradıldığını bəyan edib.
Alay IRPGF nəzdindədir.
"Bu alayın yaradılması səbəblərindən biri də təşkilatımızın üzvlərinin dünyanın müxtəlif yerlərində faşistlərin və ekstremistlərin bizdən olan insanları öldürmələrini, buna "onlar xəstə, qeyri-təbii insanlardır" deyərək haqq qazandırmalarını seyr etmələri idi. İŞİD terrorçularının binaların damlarından atdıqları, daş-qalaq etdikləri homoseksualların fotoları isə sadəcə, laqeyd baxa biləcəyimiz fotolar deyildi", - IRPGF-in yaydığı bəyanatda deyilir.
Bəyanat "Atəş aç! Bu "mavi"lər faşistləri öldürürlər!" ("These faggots kill fascists!") sözləri ilə bitir.
TQILA-nın loqotipi çəhrayı fondakı AK-47 avtomatıdır.
2013-2016-cı illərdə İŞİD terrorçuoarı Suriya və İraqda yüzlərlə "mavi"ni edam ediblər. Ümumiyyətlə, İŞİD yaydığı videolarda və təbliğat materiallarında cinsi azlıqlara nifrət etdiyini, onları məhv edəcəyini vurğulayırdı.
Fəqət, İŞİD sıralarında da "mavi"lər var.
Məsələn, İŞİD-in Suriyadakı ən qəddar komandirlərindən biri, Deyr əz Zorun "əmir"i Əbu Səid əl Cəzravi "mavi" idi.
2016-cı ilin iyunun 12-də ABŞ-ın Orlandr şəhərindəki "Pulse" gey-klubuna girərək oranı gülləbaran edən, 49 nəfəri qətlə yetirib güllələnən İŞİD mənsubu Ömər Mətin homoseksual idi.

Şəhərin cinsi azlıq qruplarından birinin 5 mənsubu "Orlando Sentinel"ə müsahibəsində demişdilər ki, Ömər Mətin "illərin homoseksualı idi".
2016-cı ilin iyulun 14-də Fransanın Nitsa şəhərində məşum terror aktını gerçəkləşdirmiş İŞİD-çi Muhəmməd Bulel də homoseksual idi.
O, 63 yaşlı kişi ilə "nikah"da yaşayırdı.
... Suriyanın şimalında isə "alay" yaradan homoseksuallar İŞİD-lə mübarizə başa çatandan sonra "cinsi azlıqların düşmənlərinə qarşı mübarizə aparacaqları"nı bəyan edirlər.


Xəbəri paylaş

8838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___