Dərinin yanmadan qorunması üsulları
Tarix: 27-07-2017 | Saat: 10:22
Bölmə:Karusel / Maraqlı | çapa göndər
İstirahət üçün dəniz və çimərliyə gedənlər çox vaxt isti yay günəşinin şüaları altında normadan artıq qalanda dəridə yanma, şişmə, suluqlama və digər hallar əmələ gəlir. Lakin dəri yanıqlarına qarşı mübarizə formaları və onu aradan qaldırmaq üçün müxtəlif dermatoloji üsullar var.
Dermatoloqların təklif etdikləri həmin üsullardan bir neçəsini bu problemlə üzləşənlərin diqqətinə çatdırırıq.
Qaralmadan sonra dəridə əmələ gələn qeyri-bərabər piqmentasiyaları azaltmaq üçün dərinin açıq hissələri turş süd və limon şirəsi ilə silinir. Qabıqdan təmizlənən kartof sürtgəcdən keçirilir və tənzif vasitəsilə süzülən şirəsi üzə çəkilir və ya tənzif isladılaraq dərinin zədələnmiş hissələrinin üzərinə qoyulur. Kartof şirəsi yulaf və ya buğda unu ilə qarışdırılaraq 15-20 dəqiqə maska da qoyula bilər. Kartof şirəsi iltihab əleyhinə təsir göstərdiyinə görə yanıqlardan müalicə vasitəsi kimi istifadə edilir.
Kartof qaynadılaraq qabıqdan təmizlənir, püre halına gətiriləndən sonra xama və ya qaymaqla qarışdırılır, alınan qarışıqdan isti halda üzə 10-15 dəqiqəlik maska qoyulur və sonra pambıqla üzdən təmizlənir. Həmin vasitə günəşdən yanmış dərini sakitləşdirir.
Güclü yanmış dəri üzərinə dərhal sürtgəcdən keçirilmiş çiy kartof qoyanda ağrını və suluq əmələ gəlməsini azaldır.
Gün yanmaları zamanı dəriyə dəm salmış çaydan hazırlanan islatma qoymaq məsləhətdir. Bir çay qaşığı quru çay dörddəbir stəkan qaynar suda dəmlənir, 30-40 dəqiqə saxlanılandan sonra süzülür. Prosedur gün ərzində hərəsində 20-30 dəqiqə olmaqla iki-üç dəfə təkrar edilir. Nəticədə ağrı götürülür və yanğı hissi azalır.
Bir xörək qaşığı aptek çobanyastığı çiçəkləri bir stəkan qaynar suda dəmlənir. Yarım saat saxlanandan sonra süzülür və islatma qoyulur.
Aloe yarpaqlarının şirəsi dərinin yanmış nahiyələrinə sürtülür. Yanıqlar zamanı qaynar su qatılmış aloe şirəsində isladılmış salfet gün ərzində bir-iki dəfə olmaqla bir saat yanmış dəri üzərinə qoyulur.
Yanıqlar zamanı turşuya qoyulmuş kələm yarpaqları dərinin yanmış hissələrinə qoyulur.
Dazıotunun yarpaq və çiçəklərindən bir xörək qaşığı bir stəkan suda 10-15 dəqiqə dəmlənilir, süzülür, alınan məhluldan yanıq yerlərini islatmaq və silmək üçün istifadə edilir.
Palıd kökünün 10-20 faizlik dəmləməsi dərhal süzülür, soyudulur və bir saat ərzində hər 5-10 dəqiqədən bir yanıq yerinə islatma qoyulur.
Xəbəri paylaş
6428 dəfə oxunub.
Digər xəbərlər

10-02-2017, 22:55
Azərbaycanda cəza sistemi dəyişdirilir — Prezident tapşırıq verdi
2-05-2016, 13:49
Bütün erməni məmurları rus agentidir - Muradyan
23-02-2016, 18:09
ANS-lə MTRŞ arasında növbəti məhkəmə
20-10-2023, 11:59
Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
17-08-2016, 10:59
Dünyanın ən zəngin gəlini – FOTOLAR
23-03-2017, 12:48
Qaçmaq istəyən dustaqlar həbsxananın damında yaxalandılar - FOTO
17-09-2015, 21:33
Levon Aronyan Bakını gəzdi – FOTO
29-10-2022, 15:22
Azərbaycanda qeyri-sabit hava şəraitinin bitəcəyi tarix açıqlanıb
31-10-2015, 11:36
Canlı əfsanə Leonel Messinin həyatı FOTO VİDEO
23-05-2016, 16:44
Poroşenko: “Rusiya demokratiyanı təhdid sayır”