Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yanğınla bağlı təxirə salınan imtahanda iştirak edənlərin NƏZƏRİNƏ
Tarix: 26-07-2017 | Saat: 10:58
Bölmə:Karusel / Gündəm / Təhsil / M2 | çapa göndər



Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!
 
DİM-in mətbuat xidmətindən  verilən məlumata görə, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər iyulun 27-də keçiriləcək yeni imtahan üçün “imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
 
“İmtahana buraxılış vərəqəsi”ndə yeni imtahanın keçiriləcəyi yer, bina, vaxt  və s. haqqında  məlumatlarla tanış olmaq olar. 
Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
 
Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
 





3358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___