Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhid zabitin əkiz övladlarından XƏBƏR VAR
Tarix: 24-07-2017 | Saat: 13:23
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər


“Əkizlərimizin səhhəti şükürlər olsun ki, yaxşıdır. Yavaş-yavaş böyüyürlər. Mənim və oğlumun adını daşımaları çox qürurlandırır. Sağ-salamat böyüyüb ataları kimi bu vətənə xidmət etsinlər”. 

Bunu açıqlamasında bu ilin fevralında düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Şahlar Nəzərovun atası bir müddət öncə dünyaya gələn əkiz nəvələrinin səhhəti barədə danışarkən deyib.

Yaşar Nəzərov onu da əlavə edib ki, vaxtaşırı kənd icra nümayəndəsi əkizlərlə maraqlanır.
“Əkizlər dünyaya gələndən sonra zəng edib təbrik edənlər çox oldu. Hər kəs sağ olsun ki, bu cür xoş günümdə məni tək qoymadılar. Sevincimə sevindilər. Vaxtaşırı icra nümayəndələri də uşaqların səhhəti ilə maraqlanır. Şükürlər olsun ki, uşaqların səhhəti qaydasındadır. Nə deyim, Allah qorusun!”.
Xatırladaq ki, 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində doğulan Şahlar Nəzərov bu il fevralın 25-də Füzuli-Xocavənd istiqamətində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən düşmənin çoxsaylı hərbçisini məhv edərək şəhid olub və doğma kəndində torpağa tapşırılıb. Qəhrəman zabitimiz şəhid olmazdan 5 ay öncə ailə həyatı qurmuşdu. Şahlar Nəzərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Şücaətə görə” medalı ilə təltif edilib.(modern.az)


Xəbəri paylaş

8898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___