Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Başqasının yerinə Həccə getmək olar – HÖKMLƏR
Tarix: 24-07-2017 | Saat: 13:06
Bölmə:Karusel / İbadət | çapa göndər



Bu ilin sentyabr ayında dünya müsəlmanları Qurban bayramını qeyd edəcək. Bayramla ərəfəsində Həcc ziyarətinə də start veriləcək.
 
Bəs başqasının yerinə Həccə getmək (naiblik) olarmı?
Buxaridə keçən və Məhəməd peyğəmbərin səhabələrindən biri olan Abdullah ibn Abbasdan nəql olunan hədisə görə, bu, mümkündür.
Həmin hədisi diqqətinizə çatdırırıq:
 
“Vəda Həccində bir qadın peyğəmbərin yanına gələrək dedi: “Ya Rəsulallah, həccin fərzi atama da çatdı. Ancaq mənim atam çox qocadır. Onun yerinə mən Həcc ziyarətində ola bilərəm?”. Buna cavab olaraq həzrəti peyğəmbər belə buyurdu: “Bəli, onun yerinə Həcc ziyarətində ola bilərsən”.
 
Məhəmməd peyğəmbərə görə ana və ata üçün Həcc ziyarətində olmaq müstəhəbdir.
 
“Kim anası və atası üçün Həcc ziyarətində olar və ya onların borclarını ödəyərsə, qiyamət günündə yaxşılarla bir cərgədə olar”-deyə peyğəmbər buyurur.
 
Hənəfi, şafii, hənbəlilərə görə bir insan Həcc üçün öz yerinə başqasını göndərə bilər. Lakin imam Malikə görə Həccə getməyən birinin yerinə başqasını göndərməsi lazım deyil.
 
Buxari və Müslimdə keçən digər hədisdə isə bildirilib ki, Həcc fərz buyurulduğu halda bunu yerinə yetirməyib vəfat edən və başqasının öz yerinə getməsini istəyən şəxs bunun maliyyə xərcləri ilə bağlı vəsiyyət etməlidir.
 
Belə ki, vəfat edən şəxsin mirasının 3-də biri Həccə göndəriləcək şəxsin xərclərini qarşıladığı halda, miras çatan şəxslər bunu etməsələr, Allah qatında məsuliyyət daşıyırlar.
 
Mirasın 3-də biri xərcləri qarşılamazsa və ya ölənin bununla bağlı hər hansı vəsiyyəti yoxdursa, mirasçılar bunun qarşılığını verməməyə görə məsuliyyət daşımırlar.
 
Lakin hədisin hökmü təkcə bununla bitmir, bir az da dərinə getsək, görərik ki, vəsiyyət olmasa və miras Həcc üçün naibin xərclərini qarşılamağa yetmirsə, bu zaman mirasdan pay bölgüsü alanlar bu işi görə bilərlər.
 
Belə ki, mirasçılar vəfat edən şəxsin adına  Həccə gedə bilərlər. Və ya bunu başqa birinə həvalə edərlərsə, bunun yükü Həcc xərcini ödəməklə kifayətlənər.
 
Bu hədislərdən və onlara verilən yozumlardan çıxarılan nəticə budur ki, əvvəllər Həcc ziyarətində olmayan birinin başqası adına bu ziyarətə getməsində heç bir günah yoxdur.
 
Dini ədəbiyyatlarda başqasının yerinə Həccə getmək üçün başqa kriteriyalar müəyyən edilib. Belə ki, başqası üçün Həccə getməkdən ötrü həmin şəxs həddi-büluğa çatmalı, aqil və mömin olmalı, Həccin əməllərini yerinə yetirə biləcəyinə əminlik duymalıdır. Bundan başqa həmin şəxsin müsəlman olması da şərtdir.
 
Qeyd edək ki, builki ziyarət Azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə səfərləri ilə həyata keçiriləcək.
 
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil etdiyini bildirib. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota tam dolub. 


Xəbəri paylaş

7358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___