Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İsrail səfirliyinə hücum oldu - Əmmanda - YENİLƏNİB
Tarix: 24-07-2017 | Saat: 00:33
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər


İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə silahlı hücum olub.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, atışma nəticəsində naməlum silahlılardan biri öldürülüb. Səfirliyin mühafizəçisi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Rəsmən təsdiqini tapmamış məlumatlara görə, İsrail səfirliyinin əməkdaşları arasında yaralılar var.
 
İordaniyanın “Al Ghad” qəzeti hücumun 17 yaşlı iordaniyalı tərəfindən törədildiyini bildirir. Məlumata görə, bıçaqla silahlanmış gənc  səfirliyin ərazisinə daxil olaraq bir nəfərə bıçaqla xəsarət yetirib. Bundan sonra o mühafizə xidmətinin əməkdaşları tərəfindən öldürülüb. Hadisə ilə əlaqədar hələ ki, rəsmi məlumat verilmir.
 
***
 
İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə silahlı hücum olub.
 
APA-nın məlumatına görə, bu barədə “Al Mayadeen” telekanalı xəbər verib.
 
İlkin məlumata əsasən, insident nəticəsində səfirliyin iki mühafizəçisi yaralanıb. “Ammon” agentliyi  səfirliyin ərazisində də yaralıların olduğu barədə məlumat yayıb.
 
Hadisə yerinə İordaniya təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb edilib. Hadisə ilə əlaqədar hələ ki, rəsmi məlumat verilmir.


Xəbəri paylaş

6788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___