Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qılıncoynatma yığmamız yarışı 5-ci yerdə bitirdi
Tarix: 27-06-2015 | Saat: 12:58
Bölmə:Karusel / İdman / M2 / Fotogalereya | çapa göndər

Qılıncoynatma yığmamız yarışı 5-ci yerdə bitirdi
Xeberaz.az xəbər verir ki, Bu gün Bakı-2015 I Avropa Oyunlarının qılıncoynatma yarışlarına yekun vurulacaq. Apapsort.az saytının məlumatına görə, yarışın son günündə komanda yarışları keçirilir.

Azərbaycanı kişi sablyaçılar və qadın şpaqaçılardan ibarət komandalar təmsil edir. Hər iki komandamız mübarizəyə 1/4 finaldan başlayıb. Kişilər Rusiya millisi ilə üz-üzə gəlib.
Yığmamız 26:45 hesabı ilə uduzaraq, mükafatlar uğrunda mübarizəni dayandırıb.

Daha çox ümidlər bəslənən qadın yığmamız Ukrayna ilə görüşüb. Qılıncoynatmada medal qazanan hər iki təmsilçimiz Sevil və sevinc Bünyatova bacılarının, həmçinin təcrübəli Səbina Mikinanın yer aldığı yığmamız komanda yarışında iddialı olsa da, ilk qarşılaşmada uduzub.

Fərdi yarışlarda sablyada çıxış edən idmançılarımız komandada şpaqa ilə bacarıqlarını nümayiş etdirərək, Ukrayna ilə üz-üzə gəlib. Məşhur Olqa Xarlanın yer aldığı güclü rəqib 45:24 hesabı ilə qalib gəlib.

Hər iki komandamız 1/4 finalda uduzduğu üçün 5-ci yer uğrunda mübarizə aparıb. Kişilər Macarıstana uduzaraq, sonuncu – 6-cı pilləni tutub. Qadınlar isə Polşa üzərində qələbə qazanaraq, yarışı 5-ci yerdə bitirib.


Xəbəri paylaş

7128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___