Dağıstanda fövqəladə vəziyyət - Nazirlik hərəkətə keçdi
Tarix: 21-07-2017 | Saat: 16:39
Bölmə:Karusel / Hadisə / Dünya / M2 | çapa göndər
Dağıstanın Babayurd, Noqay, Tarumov və Qızılyar rayonlarında 100 min hektara yaxın ərazi çəyirtkələrin hücumuna məruz qalıb. Bununla bağlı artıq həmin rayonlarda ziyanverici həşəratlara görə fövqəladə vəziyyət elan edilib. Artıq yerli hökumət həşəratlarla mübarizə tədbirlərini gücləndirib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bildirir ki, çəyirtkə sürüsünün Azərbaycan ərazisinə keçməsi təhlükəsini nəzərə alan Respublika Bitki Mühafizə Mərkəzinin mobil bitki mühafizə dəstələrinin maddi-texniki bazası müvafiq tələblərə tam uyğunlaşdırılıb və çəyirtkəkimilərlə mübarizəyə maddi-texniki baxımdan tam hazır vəziyyətə gətirilib.
Dövlət Xidmətinin balansında olan maşın-mexanizmlər işlək vəziyyətdə saxlanılır ki, çəyirtkəkimilərin miqrasiyası baş verdikdə, dərhal qarşısı alınsın və kənd təsərrüfatı bitkilərinə ziyan vurmasına imkan verilməsin. Eyni zamanda, adıçəkilən qurumlar tərəfindən Dağıstanla həmsərhəd rayonlarda və dövlət ehtiyat fond torpaqlarında çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə mütamadi monitorinqlər həyata keçirilir və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri aparılır.
Mübarizə tədbirləri zamanı əsasən “Pikap” tipli, ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyəti olan “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilərdən istifadə olunur
Xəbəri paylaş
1 3578 dəfə oxunub.
Digər xəbərlər

12-03-2015, 13:08
Mişel Obama Novruz şənliyi təşkil etdi - FOTO + VİDEO
19-07-2015, 19:46
Qarpız üzərində sənət əsəri (FOTO)
3-12-2015, 12:42
Azərbaycan Dövlət Texniki Universitetinin müəllimi özünü asdı
1-09-2022, 11:55
Məşhur siyasətçini və müğənnini güllələyən, Bakıda gizlənən killer tutuldu: sensasiyalı qətlin TƏFƏRRÜATI
7-05-2017, 19:18
Türkiyədə attraksionun trosu qırıldı: 10 yaralı — VİDEO
19-10-2021, 08:47
Yaxın günlərdə yenidən online təhsilə qayıda bilərik - Məktəblərdə yoluxma sürətlə artır
15-04-2015, 21:22
İlham Əliyev komissiyanın tərkibini təsdiqlədi - SİYAHI
12-03-2021, 10:02
Bu gün bu işçilərin işləməsi qadağandır – Açıqlama
12-12-2016, 17:20
İran “Tufan”ı sınaqdan keçirdi