Ukraynada "qara yara" HƏYƏCANI - Təhlükə Azərbaycana nə qədər yaxındır?
Tarix: 21-07-2017 | Saat: 11:50
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Ukraynanın Sumı vilayətində heyvanlar arasında aşkarlanan "qara yara" xəstəliyinin Azərbaycana keçmə və belə xəstə heyvanların ölkəmizə gətirilə bilmə ehtimallarına aydınlıq gətirib.
DBNX-nin mətbuat katibi Yolçu Xanvəli Ukraynada aşkarlanan xəstəliyin ölkəmiz üçün təhlükəli olmadığını deyib.
O bildirib ki, çünki Azərbaycana yalnız epizootik vəziyyətin sağlam olduğu ərazilərdən diri heyvan və heyvan ətləri gətirilir: "Sumı vilayətindən isə ölkəmizə diri heyvan və heyvan ətləri gətirilmir. Bu məsələ tam nəzarətdə saxlanılır. Heyvanlar gətirilməmişdən əvvəl həmin ölkədə, daha sonra isə Azərbaycanın özündə karantində saxlanılır. Fermerlərə yalnız sağlam heyvan verilir".
Qeyd edək ki, emal müəssisələri Azərbaycana xaricdən iribuynuzlu heyvan ətləri - çamış, inək, donuz ətləri və donuz piyi, quş ətləri gətirirlər. Hazırda iribuynuzlu heyvan ətləri Azərbaycana Ukrayna, Gürcüstan və Rusiyadan, camış ətləri isə daha çox Hindistandan gətirilir.
Xatırladaq ki, Ukraynanın Sumı vilayətində heyvanlar arasında "qara yara" xəstəliyinin aşkarlanması ilə əlaqədar Rusiyanın sərhədlərində əl yükləri ciddi yoxlanılır və həmin yüklərdə aşkarlanan ət məhsullarının Rusiya ərazisinə keçirilməsinə icazə verilmir. İyulun 6-dan 16-a kimi Rusiya sərhəddində əl yükündə aşkarlanmış 41 kq ət məhsulları saxlanılıb.
Xəbəri paylaş
6138 dəfə oxunub.
Digər xəbərlər

14-12-2015, 21:10
Kriminal avtoritetin cəzası qüvvəsində saxlanıldı - FOTO
1-10-2016, 00:31
Astroloji proqnoz - 01 oktyabr
5-09-2022, 11:31
"Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
8-05-2015, 15:47
Azərbaycanlı idmançılarla ermənilər arasında dava- Video
15-01-2017, 00:09
Quş əti bazarında canlanma: Bəs qiymətlər necədir? - Video
21-06-2017, 19:50
Alpaqutçularımız ,,Avrasiya" Kuboku uğrunda mübarizəyə hazırlaşırlar
10-11-2023, 16:57
“Müğənni ilə şəkil çəkdirmək üçün qonorar verməlisiniz” - FOTO
31-12-2021, 15:02
“Azəriqaz”dan qaz limiti ilə bağlı AÇIQLAMA