“Milan”dan “Yuventus”a... - FOTO
Tarix: 19-07-2017 | Saat: 14:12
Bölmə:Karusel / İdman | çapa göndər
Dani Alveşin PSJ-yə transferindən sonra müdafiənin sağ cinahı üçün axtarışa çıxan “Yuventus”, nəhayət ki, boşluğu doldurub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Milan”ın arxa xətt oyunçusu Mattia De Şilyo Turin klubuna keçib.
Klublar arasında aparılan danışıqlar müsbət nəticələnib. Artıq Turinə yollanan 25 yaşlı oyunçu bu gün yeni komandasında tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək. “Milan”la anlaşma müddəti gələn ilin yayına qədər olan De Şilyonun transferi “qoca sinyora”ya 12 milyon avroya başa gəlib.
Qeyd edək ki, Mattia De Şilyo 2013-cü ildən dəvət aldığı İtaliya millisində 31 oyun keçirib. O, 2011-ci ildən bəri “Milan”ın əsas komandasında çıxış edib.
Xəbəri paylaş
7268 dəfə oxunub.
Digər xəbərlər

22-11-2015, 16:09
Qonaq getdiyi evdə öldü
27-03-2016, 13:40
Sürücülərin nəzərinə! Bütün sürücülük vəsiqələri dəyişdirilə bilər
30-05-2016, 23:01
Bu klublara lisenziya verilmədi
25-09-2017, 10:12
AZƏRBAYCANLI müğənniyə AĞIR İTKİ
15-07-2017, 10:34
Uşağın cinsi kimdən asılıdır: ANADAN, yoxsa ATADAN?
25-06-2018, 21:34
Kişilər bu tip qadınları daha çox sevirlər - Fotolar
2-07-2023, 11:21
Nüşabənin arzuları gəlin qızını AĞLATDI - VİDEO
5-08-2018, 14:36
Adamyeyən diktatorun malikanəsindəki rus muzdluları... jurnalistlərin qətlində yeni sensasion detallar