Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"O kişilərin yerinə utanıram" – Elza Seyidcahan kimləri məhkəməyə verir?
Tarix: 18-07-2017 | Saat: 13:46
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər




“Benzin” şeirini mənim adımdan paylaşan saytları məhkəməyə verəcəm.” Bu barədə  açıqlamasında müğənni Elza Seyidcahan bildirib.
 
O daha sonra əlavə edib ki, “Benzin” şerini yazmayıb, kimlərsə qəsdən onun adından bunu paylaşıblar: “Belə hallar dəfələrlə olub. Mənim adımdan şeir paylaşıblar, buna göz yummuşam, bu dəfə belə olmayacaq. Daha səbrim tükənib. Mən o səhifələri məhkəməyə verəcəm. Artıq vəkilimlə danışmışam, həmin saytlar məsuliyyətsizliyə görə qoy gəlib məhkəmədə cavab versinlər. Utanmırlar, mənim  adıma iftira yaxılar, mənim adımla özlərinə oxucu qazanmaq istəyirlər. Belələri öz həyatında uğur qazana bilməyən adamlardı, mənim uğurlarımı qısqanırlar. Saytlar mənim adımdan şər-böhtan yazırlarsa ayıb olsun onlara.”
 
Elza Seyidcahan Facebookda onu tənqid edənlərə də  münasibət bildirib: “Facebookda kimi tənqid etmirlər ki. Hamını tənqid edirlər. Buna da normal yanaşıram. Mən uğurlu bəstəkaram, uğurlu şairəm, uğurlu müğənniyəm, uğurlu fotomodeləm, uğurlu aktrisayam, uğurlu anayam, uğurlu qayınanayam, uğurlu nənəyəm, qeyrətli Azərbaycan qadınıyam. Facebbokdakı o  kişilərin yerinə utanıram ki, qeyrətli bir Azərbaycan qadınını tənqid etməklə təsəlli tapırlar. Bəzi “qeyrətsiz” kişilər əlbəttə ki, qeyrətli Azərbaycan qadınını qısqanacaqlar. ”
 
Elza Seydicahan sonda onu da bildirib ki, şeirlərindən ibarət kitab hazırlanır. Bu yaxında çap olunacaq.
 



Xəbəri paylaş

8648 dəfə oxunub.

Digər xəbərlər
18-07-2015, 11:38 Ukrayna əhalisi azalır

bütün xəbərlər
____ Instagram ___