Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Murad Arif od püskürdü: "Bakını “rahat seks” şəhərlərinə bənzədib..."
Tarix: 18-07-2017 | Saat: 12:50
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər



“Kəlmələrin gücü olmalıdır. Sözün kəsərini qorumaq lazımdır. Əslində "mentalitet" gözəl ifadədir, ta ki ondan pərdə kimi istifadə edənədək, o sözün şitini çıxardanadək”.
 
Məlumata görə, bunu tanınmış bəstəkar-müğənni Murad Arif sosial şəbəkədə yazıb. O, mentalitetlə bağlı fikirlərini bölüşüb: “O qədər normal sayılacaq şeyləri, məsələn, ər-arvadın əl-ələ tutub gəzməyini, uşağın yanında yoldaşına sevgi bildirməyi, müğənni bəylərin saç boyamasını, boşanmış qızlarımızın ikinci dəfə ailə qurmağını, cavan uşaqların yayda şortik geyinməyini mentalitetə sığışdırdınız ki, əsl dəyərlərdən, ərəblərin quş ovundan fikrinizi yayındırdınız. Azərbaycanlılar torpaq qarışıq çox şeyi itirdi. Turistlərin rahatlığı üçün küçələrimizdə “seks-turizmə” də başladıq?
Onsuz da dünya ictimaiyyətinin gözündə işğal olunmuş (burada başqa kəlmələr də yer ala bilərdi, amma milli mətbuat mövzunu dəyişə bilər deyə işlətmədim) gündəyik. Bundan sonra Martirosyanların Rusiya kanallarında Bakını “rahat seks” şəhərlərinə bənzədib vedrə qoşmaqları qalıb. Dəyər axtarıram ki, bizi özümüzə gətirsin”.


Xəbəri paylaş

9188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___