Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DAMLA KONSERT ÜÇÜN STİLİST ANARI SEÇDİ - FOTOLAR
Tarix: 18-07-2017 | Saat: 12:37
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər



"Elite Events Hall"da Damla tufanı... 16 iyul tarixində son vaxtlar Azərbaycanda xeyli populyarlıq qazanan müğənni Damla "Elite Events Hall"da "Can dostum" adlı ilk solo konsert proqramı baş tutub.“İticket.az”, "TNT"in təşkilatçılığı ilə “Can dostum” adı altında keçirilən konsert bir sıra maraqlı məqamlarla yadda qalıb. "Elite Events Hall"un səhnəsinə çıxan müğənni üç saatlıq proqramında həm yeni, həm də köhnə mağnılarını tamaşaçılarına ərməğan edib. Gecədə Damlanın ailə üzvləri, qohumları, dostları stilist Samiraldo, müğənni Elçin Məhərrəmov, azərbaycanlı şoumen və aparıcı Elvin Mərdanov, parodist Ceyhun Məmmədov, Rafis Cəfərzadə və başqaları iştirak edib. Damlanın canlı ansamblın müşayiəti ilə oxuduğu bütün mahnılar tamaşaçıların alqışları ilə qarşılanıb. Həmişəki kimi Damlanın peşəkar komandası onu yalnız qoymayıb. Gecə boyu davam edən konsertdə müğənnini tanınmış modelyer Aida Məmmədovanın hazırladığı iki fərqli libas geyinib. Damla stilini "Şanel Anar" ləqəbi ilə tanınan məşhur stilist Anar Məmmədova həvalə edib. Konsertdən sonra jurnalistlərə müsahibə verməyi də unutmayan Damla kosnertdən çox məmnun qaldığını vurğulayıb.



Xəbəri paylaş

1 9008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___