Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Kamera var, bıçağı ürəyindən sancdı" - Bakıda dəhşətli qətl - YENİLƏNİB - VİDEO - FOTO
Tarix: 18-07-2017 | Saat: 11:24
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

 
Paytaxtın Suraxanı rayonunda qanlı hadisə baş verib. 
Xəbəraz.Az xəbər verir ki, Bülbülə qəsəbəsində yaşayan 30 yaşlı Vasif Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir nəfər onu küçəyə çağırıb. Naməlum şəxs mübahisə zamanı Vasif Əhmədova ürək nahiyəsindən bıçaq zərbəsi endirərək hadisə yerindən uzaqlaşıb.
Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun dayısı Rizvan Əflatunovun sözlərinə görə, qətli törədən şəxsin görüntüləri yaxınlıqdakı kameralara da düşüb.
Rizvan Əflatunov (dayısı): "Burada 2 dənə zavodun kamerası var. Hadisə düz kameranın altında baş verib. Vasif dünən toydan gec gəlib yatmışdı. Qapını döyüb Vasifi çağırıb. Çıxan kimi ürəyindən bıçağı sancıb. Anası hay-həşir saldı, xəstəxanaya apardılar. Ora çatan kimi keçindi".
Mərhumun atası Şirməmməd Əhmədov bildirib ki, oğlunun bu günədək heç kimlə ədavəti olmayıb. 
Suraxanı Rayon Prokrorluğunda hadisəylə bağlı cinayət işi başlanılıb.
Faktla bağlı araşdırma aparılır.
20:17
Paytaxtda dəhşətli qətl hadisəsi baş verib.
Xəbəraz.Az bildirir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan 30 yaşlı Vasif Əhmədov evinin qapısında bıçaqlanıb.Vasif Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir nəfər qapını döyərək onu küçəyə çağırıb. Həmin şəxs küçəyə çıxan Vasif Əhmədova ürək nahiyəsindən bıçaqla zərbə endirib.
30 yaşlı gənc yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qətli törədən şəxsin görüntüləri yaxınlıqda olan zavodun kamerasına düşüb.
Mərhumun atasının dediyinə görə, qətli törədən şəxsi tanımırlar.
Qətlin təfərrüatlarını Suraxanı rayon prokurorluğu araşdırır.
Bakının Nizami rayonunda da iki bıçaqlanma hadisəsi baş verib. Hadisələrin birində Elməddin Fərəcov tanımadığı şəxslərin bıçaqlı hücumuna məruz qalıb. Müxtəlif nahiyələrindən xəsarət alan 35 yaşlı kişini 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar. Cərrahi əməliyyatdan sonra onun vəziyyətinin orta ağır olduğu deyilir.
Metronun "Qara Qarayev" stansiyasının yaxınlığında baş vermiş digər qanlı hadisə zamanı 26 yaşlı Elşən Səmədzadəyə bıçaqla xəsarət yetirilib. Onun da tanımadığı şəxslə mübahisə zamanı bıçaqlandığı bildirilir. Hər 3 faktı ilə bağlı araşdırma aparılır. /xezerxeber.az
---------
08:28
Bakıda qətl törədilib.
Qanlı hadisə paytaxtın Suraxanı rayonunda baş verib.
Məlumata görə, Bülbülə qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Əhmədov Vasif Şirməmməd oğlu bıçaqlanıb. V.Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir neçə nəfər onu küçəyə çağırıb. Yaşadığı evin yaxınlığında həmin şəxslərlə mübahisə zamanı onlardan biri V.Əhmədova bıçaqla xəsarətlər yetirib. 30 yaşlı gənc yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
Qətlin təfərrüatlarını Suraxanı rayon prokurorluğu araşdırır. Faktla əlaqədar əməliyyat-axtarış işlərinə başlanılıb.


Xəbəri paylaş

1 1508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___