NASA: Marsa insan göndərməyə pulumuz yoxdur
Tarix: 15-07-2017 | Saat: 18:04
Bölmə:Karusel / Dünya / Maraqlı | çapa göndər
“İnsanların Mars planetinə nə zaman uçacaqlarını dəqiq deyə bilmərəm. Məsələ maliyyələşdirmədədir”.
Bu barədə NASA-nın pilotlaşdırma proqramları üzrə departamentinin rəhbəri Bill Gerstenmaier bildirib.
Mars planetinə uçuş "Space Launch Systemraketi" və "Orion" kosmik gəmisi vasitəsilə reallaşdırılacaq. Lakin ABŞ-ın Aeronavtika İnstitutu rəhbərliyinin iclası zamanı Bill Gerstenmaier deyib ki, NASA Mars planetinə astronavt göndərmək üçün lazımi vəsaitə sahib deyil. Çünki "Space Launch System raketinin və "Orion" kosmik gəmisinin istehsalı külli miqdarda vəsait tələb edir.
Son 5 il ərzində NASA ictimaiyyəti insanların Marsa uçacaqları barəsində inandırırdı. NASA təmsilçilərinin sözlərinə görə, Mars planetinə uçuşlar artıq 2030-cu ildə reallaşdırılacaq. Lakin indi NASA reallığı qəbul edib. Astronavtları Mars planetinin səthinə endirəcək və daha sonra "Orion" kosmik gəmisinə geri qaytaracaq sistemin hazırlanması üçün NASA yetərli vəsaitə sahib deyil.
Bundan əlavə, Marsa uçuşdan öncə Aya uçuşun yenidən təkrarlanması barədə mübahisələr də səngimək bilmir. Aya uçuş proqramı da külli miqdarda vəsait tələb edir. “Əgər biz Ayda suyun olduğunu aşkar etsək, onda biz Yer kürəsinin peykinin müşahidə olunması üçün daha böyük proqramı reallaşdırmaq istəyirik. Bunun üçün bizim "Deep Space Gateway" adlı Ay stansiyamız var” - deyə Bill Gerstenmaier bildirib. Lakin o etiraf edib ki, hətta Ay proqramına belə vəsait ayrılmayıb. Hesablamalara əsasən, "Space Launch System" raketinin Aya bir dəfə uçuşu 1 milyard dollara başa gələcək.
ABŞ-ın NASA agentliyindən fərqli olaraq, özəl şirkətlərin Mars üzrə planları daha optimistikdir. Belə ki, “SpaceX” şirkətinin rəhbəri İlon Mask bu ilin sentyabr ayında şirkətinin Mars planeti üzrə olan planları haqqında məlumatların paylaşacağını bildirib.
Xəbəri paylaş
7118 dəfə oxunub.
Digər xəbərlər

22-06-2023, 10:35
Zaqataladan sel keçib, Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA
5-06-2017, 11:39
Mayda BTC kəməri ilə 2,2 mln. ton Azərbaycan nefti nəql olunub
9-12-2019, 03:51
Sözü insanların üzünə çırpırsınız və... - BÜRCLƏR
20-10-2015, 22:47
Ən böyük məscid bu ölkədə tikilir
11-12-2018, 11:22
Azərbaycanda universitet rektoru 5 il müddətinə təyin ediləcək
19-07-2023, 11:09
Arvadı ölən kişi şadlıq sarayında intihar etdi - İsmayıllıda ŞOK HADİSƏ
21-07-2016, 12:41
Sağlam saçlara və dəriyə sahib olmağın ASAN YOLU: 1 stəkan düyünü...
28-05-2016, 09:56
AŞPA-da aktual məsələlər müzakirə olunacaq
13-09-2016, 18:41
Bakıda yol polisi avtomobili qaydanı belə pozur (FOTO)
18-06-2016, 14:35
Formula-1: Bakıda yeni müqavilə imzalandı