Şəhərdaxili avtobuslarda gediş haqları qaldırılacaq? - Rəsmi CAVAB
Tarix: 15-07-2017 | Saat: 17:46
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Şəhərdaxili marşrut avtobuslarında gediş haqlarının qaldırılması barədə Bakı Nəqliyyat Agentliyində (BNA) müzakirə aparılmır.
Bu barədə Trend-ə açıqlamasında BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Qurum rəsmisi bildirib ki, hazırda bu barədə məsələnin müzakirəsi gündəmdə deyil:
"Ümumiyyətlə, bu gün Bakı Nəqliyyat Agentliyində paytaxtın marşrut şəbəkəsində istifadə olunan sərnişin avtobuslarında qiymət artımı ilə bağlı müzakirə aparılmır və gündəlikdə belə bir məsələ yoxdur. Paytaxtda marşrut xətlərində fəaliyyət göstərən marşrut avtobusları benzinlə deyil, dizel yanacağı ilə işləyirlər. Buna görə də benzinin qiymətinin artması gediş haqlarına təsir etməyəcək".
Xatırladaq ki, Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.
Xəbəri paylaş
1 0758 dəfə oxunub.
Digər xəbərlər

27-11-2017, 16:32
Vəkil: “Fədayə Laçınla bağlı əhvalatın necə baş verdiyini açıqlayacağıq” - MÜSAHİBƏ
27-05-2015, 19:07
Azərbaycanın ən yaşlı vətəndaşını sizdə tanıyın
28-04-2016, 18:06
Zərifə Əliyevaya həsr olunmuş konfrans keçirilib - Foto
28-03-2015, 18:33
Yəmənə qarşı apardığı həbi kampaniya öz məqsədlərinə çatana qədər davam etdiriləcək.
21-11-2017, 11:39
Kriminal avtoritetlə ilə fotosu yayılan Zöhrə Abdullayeva danışdı: "Kişilik avtoritetlərdə olur"
16-08-2021, 12:19
Lənkəranda “patı” əməliyyatı: 11 nəfər saxlanıldı - FOTO
19-05-2018, 19:28
Sabah 33139 abituriyenti imtahan verəcək
3-03-2016, 14:52
Türkiyədə polis bölməsinə qumbara atdılar
9-11-2016, 14:25
Leyla Əliyeva əkizləri və Əminə ilə "Bayraq günü"nü qeyd etdi - FOTO
7-11-2019, 11:56
Bakıda “Vinçester”lə adam güllələdi, silahı Kürə atdı - TƏFƏRRÜAT