Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cinsi gücü də artırırmış - HƏR GÜN BİR KASA YEYİN
Tarix: 15-07-2017 | Saat: 10:41
Bölmə:Karusel / Maraqlı | çapa göndər




Qatığın tam bir vitamin və mineral anbarı olması hər kəsə məlumdur. Bu ağartı məhsulu sümük və əzələ sağlamlığı üçün vacib qidadır. Qatığın faydaları ilə sizi tanış edirik.
 
Həzmə kömək edir
 
Qatığın ən vacib xüsusiyyəti həzmə kömək olmasıdır. Qatığın tərkibindəki probiotiklər sağlamlıq üçün çox əhəmiyyətlidir və təbii formada qatığın içərisində olur. Ona görə də əgər bağırsaq problemləriniz varsa, qatığı gündəlik qidalanma proqramınıza əlavə edin ki, həzm sisteminizin işini daha yaxşı təmin edəsiniz.
 
İmmuniteti gücləndirir
 
Bədənə bilərəkdən bakteriya daxil olmasını təmin etmək qəribə görünə bilər. Amma yaxşı və pis bakteriya arasında bir fərq var və qatıq faydalı bakteriyalarla zəngindir. Bu səbəbdən də qatıq yalnız həzm sisteminə kömək olmur, eyni zamanda bütün immuniteti gücləndirir. Çünki qatıqda olan bakteriyalar bədəni xəstəliklərə qarşı gücləndirir. Başqa sözlə desək, qatıq sizi soyuqdəymə və mədə virusundan qorumağa kömək olar.
 
Təzyiqi aşağı salır
 
Hamımızın bildiyi kimi, kalorisi və yağı bol olan, qeyri-sağlam yeməklər təzyiqi qaldırır. Gündə 2-3 boşqab az yağlı qatıq və ya ümumi olaraq süd məhsullarından hər hansı birini yemək yüksək təzyiqi aşağı salmağa kömək edir.
 
Osteoparoza tutulma riskini azaldır
 
Xüsusilə menopauza keçirən qadınlarda osteoparoz daha çox müşahidə edilir. Bu səbəbdən də menopauza olan qadınların bədənindəki estrogen çatışmazlığının qarşısını almaq üçün çox miqdarda kalsium qəbul etmək lazımdır. Kalsium qatıqda bol miqdardadır və sümüklərin güclənməsini, inkişafını təmin edir.
 
Tox tutur
 
Aclıq hiss etdikdə bir kasa qatıq yeyə bilərsiniz. Ümumiyyətlə, insanların yemək yedikdən sonra hələ də özlərini ac hiss etmələrinin səbəbi karbohidrat və şəkər baxımından zəngin, lakin kifayət qədər zülal və lif ehtiva etməyən qeyri-sağlam yeməklər yemələridir. Qatığın tərkibində zülal zəngin olduğu və bədənin bu zülalı həzm etməsi vaxt aparacağı üçün qatıq sizi tox saxlayacaq.
 
Cinsi gücü artırır
 
Massaçuti Texniki Universitetinin alimləri qatığın sağlamlığa fərqli bir təsirini kəşf ediblər. Belə ki, onlar qatığın kökəlmə ilə bağlı əlaqəsini araşdırarkən qəribə bir məqamla rastlaşıblar. Aparılan araşdırmanın nəticəsinə əsasən, hər gün bir kasa qatıq içmək afrodiziak təsiri yaradır.
 
Qeyd edək ki, afrodiziak cinsi istəyin yaranmasına kömək edən, 5 duyğuya xitab edən, cinsi performansda artım yaradan maddələrə verilən addır. Afrodiziak adının etimologiyası isə Yunan mifalogiyasındakı gözəllik və eşq tanrısı olam Afrodita adından götürülüb.
 
Araşdırma siçanlar üzərində tətbiq edilib. Əvvəlcə qatıqla yemlənən siçanların tüklərinin daha parlaq və 10 dəfə daha gur olduğu diqqət çəkib. Həmin erkək siçanların dişi tapmaqda çətinlik çəkmədikləri ortaya çıxıb. Bu siçanların testislərinin yüzdə 15 daha uzun olduğu, dişilərin isə daha iri bala dünyaya gətirdiyi məlum olub. Araşdırma nəticəsində qatığın tərkibindəki faydalı probiotik bakteriyaların siçanları daha sağlam hala gətirməsi və bunun nəticəsində də siçanların doğub törəmə mexanizmlərinə müsbət şəkildə təsir etdiyi ortaya çıxıb.
 



Xəbəri paylaş

1 6718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___