Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabahın HAVAsı
Tarix: 13-07-2017 | Saat: 12:03
Bölmə:Karusel / Gündəm | çapa göndər



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun yarımadada gecə 21-24° isti, gündüz 31-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°,Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.



Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___