Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müharibə veteranları, şəhid ailələri və əlillərlə görüş
Tarix: 10-07-2017 | Saat: 10:59
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Müharibə veteranları, şəhid ailələri və əlillərlə görüş
Ahıllara, müharibə veteranları, şəhid ailələri və əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilir.
İcra Hakimiyyətindən daxil olan məlumata görə, iyul ayının 7-də bir qrup müharibə veteranları, şəhid ailələri, ahıllar və əlillər onlar üçün ayrılmış xüsusi avtobusla Pirşağı qəsəbəsindəki istirahət mərkəzinə gəliblər. Görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ahılları, müharibə veteranları və şəhid analarını salamlamış, Prezident İlham Əliyevin və birinci vitse-prezidenti Mehriban Əliyevanın ahıl insanlara, veteranlara,şəhid ailələrinə, əlillərə, az aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan danışıb.
Gülarə Verdiyeva bildirib ki, bu gün dövlət ahıl, əlil və xüsusi qayğıya ehtiyacı olan vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, mənzil, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqalı, Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranı Ağababa İskəndərov, şəhid anası Lətifə Novruzova və digərləri onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş

7658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___