Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Runi "Mançester Yunayted"dən getdi - FOTO
Tarix: 09-07-2017 | Saat: 21:25
Bölmə:Karusel / İdman / Foto-fakt | çapa göndər

Runi "Mançester Yunayted"dən getdi
"Mançester Yunayted" klubu və İngiltərə yığmasının hücumçusu Ueyn Runi "Evertona" qayıdıb.
Runi, klubla 2 il müddətinə müqavilə imzalayıb, sövdələşmənin maliyyə şərtləri açıqlanmır.
"Yenidən bura qayıtmaq çox gözəldir. Yeni komanda yoldaşlarımı görməyi, məşqə çıxmağı və matçda oynamağı səbirsizliklə gözləyirəm. Mən əvvəllər bildirmişdim ki, İPL-də təkcə "Mançester Yunayted" və "Everton"da oynayacağam, ona görə xoşbəxtəm ki, bu transfer baş tutdu. Mən heç vaxt digər ingilis klubunun rənglərini müdafiə etməzdim", - deyə 31 yaşlı futbolçu bildirib.
Runi 2016/17-ci illər mövsümündə bütün turnirlərdə keçirdiyi 39 oyunda 8 qol vurub və 10 məhsuldar ötürmə edib.
O, futbolçu karyerasına "Everton"da başlayıb və klubda 67 oyun (2002-2004) keçirib, 2004-cü ildə ser Aleks Ferqyusonun təşəbbüsü ilə "Mançester Yunayted"ə (393 oyun, 183 qol) keçib. Bombardir burada 13 il ərzində Çempionlar Liqası və Avropa Liqasını qazanıb və 5 dəfə İngiltərə çempionu olub.



Xəbəri paylaş

7488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___