Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Aslıya xəyanət etsəydim..." - Murad Boz səssizliyini pozdu
Tarix: 08-07-2017 | Saat: 19:11
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Aslıya xəyanət etsəydim..." - Murad Boz səssizliyini pozdu
Müğənni Murad Boz ötən ay sevgilisi Aslı Enver xəyanət etməsi və bu səbəbdən ayrılması barədə xəbərlər barədə ilk dəfə geniş açıqlama verib.

Xəbəraz.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, məşhur jurnalist Ayşe Özyılmazelə zəng vuraraq yazılan hər şeyi "tamamilə yalan" adlandırıb:

"Sənə zənf vurmağımın səbəbkarı Aslıdır. Onu çox sevirəm və dəyər verirəm. Bu xəbərlər Aslını çox kədərləndirir. Bir düşün, bu hadisə doğru olsa, hansı qadın qəbul edər? Hələ Aslı kimi bir qadın əsla... Aldatmaq kimi bir vəziyyət yoxdur. Bir daha vurğulayıram. Belə şey mümkün deyil. Bəli, həmin zaman Aslı ilə ayrı idik, amma danışır, xəbərləşirdik. Hər münasibətdə ola biləcək bir şeydir. Bizim münasibətimizə hər kəs daxil olduqca vəziyyət daha da çətinləşir. O gecə Eserin (aktyor Eser Yenenler - red.) evində 35-40 nəfər var idi. Onsuz da o qızları tanımıram. (Bahar və Nihal Candan bacılarını nəzərdə tutur - red.) Biz həmişə ora gedir, "Play Station" oynayır, musiqi dinləyirik. Hər şey nəzarətim altında oldu. Eserin də bir günahı yoxdur. Çünki ortada bir hadisə yoxdur. Əldə olan məlumat sadəcə qapıda olan avotomobilimdir. Mənim başqaları ilə eyni məkanda olmağım Aslını aldatmağım mənasına gəlməməlidir. Sadəcə ən kədərləndiyim bir şey, məni etmədiyim bir şeyə görə ittiham edib Aslını aldadılmış qadın kimi təqdim etməkdir. Bil ki, Aslı bu məsələlərdə o qədər ürəyigeniş biri deyil. Elə bir şey olsa, heç vaxt birlikdə olmazdıq".


Xəbəri paylaş

7898 dəfə oxunub.

Digər xəbərlər
12-03-2015, 10:44 Cəhənnəmdən xilas olmaq

bütün xəbərlər
____ Instagram ___