Taras Şevçenko- Ukraynanın mənəvi simvoludur.
Tarix: 08-07-2017 | Saat: 12:37
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Xəbəraz.Az xəbər verirki,Tarixi şəxsiyyətlər jurnalının növbəti sayı dahi Ukrayna ədibi şair, rəssam Taras Şevçenkoya həsr olunub. Azərbaycanda, baş redaktor və təsisçi Xəlil Qarəhmədovun rəhbərliyi ilə nəfis tərtibatla işıq üzü görən bu jurnalda Taras Şevçenkonun həyat və yaradıcılığı haqqında ətraflı məlumat var. Ukraynanın Xarici İşlər Naziri Pavlo Klimkin jurnalla bağlı təbrik yazısı, Taras Şevçenkonun böyüklüyünə Azərbaycan xalqının verdiyi dəyərə görə təşəkkürü yer alıb. Nazir öz yazısında xüsusi olaraq vurğulayıb, “Bakının mərkəzi küçələrindən olan Azadlıq prospektində Taras Çevçenkonun abidəsi ucaldılıb. Azərbaycandakı Ukrayna cəmiyyəti üçün bu abidə ənənəvi görüş yeri olub.” Jurnalda eyni zamanda Ukrayna dövlətinin atributları, ərazisi, əhalisi və başqa məlumatlar da yer alıb. Ukrayna bayrağındakı rənglərin mənaları açıqlanıb. Dövlət atributlarından olan Gerbi və himni haqqında da məlumat var. Jurnalda Ukrayna Prezidenti Petro Poroşenkonun həyat və fəaliyyəti də geniş yer alıb. Petro Poroşenkonun Azərbaycana səfəri, bu səfər çərçivəsində müxtəlif dövlət rəsmiləriylə görüşləri, bu görüşlərin iki dövlət arasında dostluq və əməkdaşlıq xarakteri daşıması barəsində jurnalda ətraflı məlumatlar yerləşdirilib. Petro Poroşenkonun Azərbaycana rəsmi səfəri zamanı Ukraynanın dahi şair və rəssamı Taras Şevçenkonun da abidəsini ziyarət edib, Azərbaycandakı Ukrayna icmasının üzvləriylə görüşüb. Azərbaycan Ukrayna Konqresinin fəaliyyətiylə tanış olub, Konqres üzvlərinə uğurlar arzulayıb. Tarixi şəxsiyyətlər jurnalında geniş bir bölmü də Ukrayna tarixi tutub. Burada Ukraynanın tarixində baş verən mühüm hadisələr dəqiq faktlarla işıqlandırılıb. Qennadi Qriqoriyeviç Zubko, Ukrayna –Azərbaycan birgə əməkdaşlıq komissiyasının sədri, baş nazirin müavini, regional inkişaf və mənzil-kommunal təsərrüfatı nazirinin məqaləsində isə iki dövlət arasında iqtisadi-ticarət əlaqələrindən, ikitərəfli əməkdaşlıqdan söhbət gedir. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev də öz məqaləsində 90-cı illərdən başlayaraq Azərbaycan-Ukrayna arasında diaspora münasibətlərinin yaranmasından və bu münasibətlərindən getdikcə daha da möhkəmlənməsindən danışıb. Bir maraqlı fakt da var ki, Azərbaycanın qabaqcıl futbol klublarından biri olan “Qəbələ” futbol klubunun baş məşqçisi Raman Qriqorçuk da jurnal üçün müsahibə verib. Futbolla bağlı danışdıqdan sonra, xüsusi olaraq Azərbaycan xalqının xeyirxah olduğunu və Azərbaycanda özünü çox rahat hiss etdiyini vurğulayıb. Ukrayna mətbəxi, ləziz yeməkləri haqqında jurnalın son səhifələrində ətraflı məlumat verilib. Son olaraq onu da qeyd edim ki, sonuncu iyimi illikdə Ukraynanı geniş təsvir edən və iki dildə çap olunan ilk jurnaldı.
Günay Nəriman
Xəbəri paylaş
7608 dəfə oxunub.
Digər xəbərlər

5-04-2016, 11:35
Cəbhədə daha üç erməni zabiti öldü - Rəsmi
13-03-2017, 13:48
Bu "T-shirt"lər iki ölkə arasında qalmaqal yaratdı
11-11-2017, 19:07
Azərbaycanda heyvanlar üçün qəbiristanlıq salınsın – TƏKLİF
12-02-2017, 18:01
Günay İbrahimli: "Həmişə yanımda ol BİRDƏNƏM!"+FOTO
18-09-2016, 17:05
Tovuzda hamilə qadın telefonla danışarkən öldü
27-08-2015, 10:23
Bakıda insanlıq daramı: "Küçədə ölmək istəmirəm..." - FOTO, VİDEO
21-10-2017, 17:13
Nəcməddin Sadıkov ABŞ-a getdi
12-12-2016, 17:14
“Samsung” satdığı 90 faiz “Galaxy Note7”ni geri qaytardı
18-12-2016, 11:15
Astroloji proqnoz - 18 dekabr