Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İstirahət mərkəzində iki nəfərin ölümüylə nəticələnən hadisə ilə bağlı cinayət işi başlanıb
Tarix: 08-07-2017 | Saat: 12:10
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər



Baş Prokurorluq İsmayıllı rayonunda istirahət mərkəzində iki nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən hadisə barədə məlumat yayıb.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Apa-ya bildirib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilib.
 
Hazırda hadisənin baş verməsində təqsiri olan, eləcə də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələri həvalə edilmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, iyulun 7-də İsmayıllı rayonunda istirahət mərkəzlərindən birində dincələn turistlərdən 2-si bədbəxt hadisə nəticəsində dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb.
 
Apa-nın yerli bürosunu xəbərinə görə, istirahət etmək üçün Bakı və Zaqataladan İsmayıllıya gələn 4 nəfər turisti elektrik cərəyanı vurub. Hadisə nəticəsində Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Adıgözəlov Emin Zakir oğlu, Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Quliyev Gülhüseyn Xaliqverdi oğlu dünyasını dəyişib. Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Ömərov Eltəkin Məhəddin oğlu və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Əliyev Zakir Mahir oğlu təcili yardım avtomobili ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
 
Hadisə istirahət mərkəzinin hovuzunda baş verib. Gənclər hovuzda çimərkən qəflətən suya birləşən elektrik cərəyanı onları vurub. Hovuzun içərisində rəngli işıqların və su motorunun olduğu, cərəyanın da həmin qurğuların nasaz naqilləri vasitəsilə suya birləşdiyi ehtimal olunur.


Xəbəri paylaş

6868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___