Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hamburqda G20 sammiti keçirilir
Tarix: 07-07-2017 | Saat: 18:00
Bölmə:Karusel / Siyasət / Gündəm / Dünya | çapa göndər



Bu gün Almaniyanın Hamburq şəhərində G20 sammiti başlayıb.
 

Apa-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Almaniya baş naziri Angela Merkelin ev sahibliyi etdiyi sammitdə ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti VladimirPutin, Çin Xalq Respublikasının lideri Si Cinpin, Böyük Britaniyanın baş naziri Tereza Mey, Fransa prezidenti Emmanuel Makron, Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğan , Kanada baş naziri Castin Trüdo, Hindistan baş naziri Narendra Modi, İndoneziya baş naziri Joko Vidodo, Avstraliya baş naziri Malkolm Ternbull, Cənubi Koreya prezidenti Mun Çje İn, o cümlədən Yaponiya, Argentina, Braziliya, İtaliya, Meksika, Səudiyyə Ərəbistanı və  Cənubi Afrikanın dövlət və hökumət rəsmiləri, Avropa İttifaqının rəhbərlər şəxsləri iştirak edir.
 
Rəsmi sessiyadan əvvəl dövlət və hökumət başçıları qeyri-rəsmi müzakirələr aparıblar.  Türkiyə prezidenti R. T. Ərdoğan ABŞ prezidenti D. Tramp və Kanada baş naziri C. Trüdo ilə qısa söhbət edib. D. Tramp V. Putinlə də xüsusi həvəslə əl verərək görüşüb. Liderlər terrorla mücadilə mövzusunda müzakirələrdən sonra birgə foto çəkdiriblər. Çin Xalq Respublikasının lideri S. Cinpin sammitdə dövlətləri açıq dünya iqtisadiyyatı qurmağa, bölgələrdəki münaqişələri dinc yolla həll etməyə çağırıb.
 
Hamburqda G20 sammiti “Cəhənnəmə xoş gəldiniz!” şüarı ilə təşkil edilən aksiyaların kölgəsində keçirilib. Polis şəhərin “Balıq bazarı” adlanan yerində toplanan 12 min aksiya iştirakçısını dağıtmaq üçün təzyiqli su və bibər qazından istifadə edib, küçə və yollar bağlanıb. İlkin məlumata görə, artıq 76 aksiya iştirakçısı və 130 polis xəsarət alıb. Aksiyaçılar Rusiya, Cənubi Koreya prezidentləri və Avstraliya baş nazirinin qaldığı “Park Hayatt” otelinə də hücum çəkiblər. Həmin vaxt sözügedən ölkələrin liderləri G20 sammitinin keçirildiyi məkanda olublar.


Xəbəri paylaş

7518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___