Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kimi üçün ekzotik adalar, kimi üçün illərdir olmayan anlayış - YAY İSTİRAHƏTİ
Tarix: 07-07-2017 | Saat: 13:53
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Kimi üçün ekzotik adalar, kimi üçün illərdir olmayan anlayış - YAY İSTİRAHƏTİ
Yay istirahəti… Bu ifadə kimi üçün ekzotik bir adada narın qumlu sahillərdə buz kimi mohitosundan dadaraq dənizin ləzzətini çıxarmaq, kimi üçün Azərbaycanın gözəl istirahət guşələrindən birində təbiət qoynunda dincəlmək, kimi üçün evdə kondisioner altında oturub film izləməkdir. Kimi üçün də heç olmayan bir anlayışdır. Sıradan bir azərbaycanlı yay tətilini necə və harada keçirir? Əsasən, gənclər arasında apardığımız sorğuya görə, hər qəbildən seçimlər var. Təbii ki, bir çox sahədə olduğu kimi burada da məsələnin həlledici tərəfi maliyyədir.

Gənclər harada istirahət edəcək?
500-dən çox respondent arasında bir nəfər ABŞ-a gedəcəyini dedi. Bunu tətildən çox bu ölkəni görmək arzusu kimi dəyərləndirən Leyla Malikova səfərin ona 2500 dollara başa gələcəyini bildirir. Bankda hüquqşünas kimi çalışan Araz Nurməmmədov tətili doğulduğu rayonda - Kürdəmirdə keçirəcəyini bildirir. Kürdəmirdə yay tətili… Qəribə səslənir elə deyilmi? Bəzən doğma torpaq həsrəti iqlim və s. bu kimi amilləri ikinci plana atır.
Ümumiyyətlə paytaxtda yaşayan bir çox gənc anaolji variantı seçir. Çünki bu cür istirahət həm ucuzdur, həm də onlar valideynlərini və doğmalarını görmək imkanından istifadə edir. Amma ölkə daxilində istirahət bölgələrinə getməyi düşünənlər də az deyil. Özəl klinikalardan birində tibb bacısı işləyən Aytəkin Hacıyeva bildirir ki, ailəsi ilə birlikdə Nabranda dincələcək.
Kamal Zeynallı isə tətilini artıq başa vurub. O, istirahətini Ukraynada keçirib. Odessada 10 gün dincələn Kamal seçiminin səbəbini belə izah edir:
“Ukrayna həm ucuzdur, həm də maraqlı. Burada gecə klubları çox əyləncəlidir. Düzdür, dəniz elə də təmiz deyil. Amma mən Odessanı aurasına görə seçmişdim. Üstəlik orada qızlar da bizə istiqanlı davranırdı”.
Xaricdə istirahət etmək üçün plan quranlardan biri də həmkarım Könül İbrahimovadır. Jurnalist xanım ailəsi ilə birlikdə yay istirahətini Gürcüstan və Türkiyədə keçirməyi düşünür:
“Əvvəlcə Gürcüstana gedəcəyik. Marşrutumuz Tiflis-Kabuleti-Ureki-Batumi-Bakuranidir. Daha sonra oradan Türkiyəyə keçib Trabzona gedəcəyik. Onsuz da sərhəd ərazidir. Gedib-gələnlərin dediyinə görə, burada istirahət baha başa gəlmir”.
Araşdırmalar göstərir ki, sıradan azəırbaycanlı üçün Gürcüstanda istirahət etmək bəzi ölkədaxili istirahət komplekslərindən daha sərfəlidir. Azərbaycanda otellərin şəraiti və yerinə görə, 1 otaqlı nömrələr ən aşağı 55-60 AZN-dən təklif olunur (təkcə səhər yeməyi daxil). Lyuks otaqların qiyməti isə 170-240 AZN arasında dəyişir. Bundan başqa, 300-450 manata bir gecəlik villalar da təklif olunur.
Tur agentliklər - rahat, amma bahalı
Qardaş Türkiyənin yay sezonunda turist kütləsinin böyük bir hissəsini də məhz azərbaycanlılar təşkil edir. Azərbaycanlıların Antalya, İzmir və digər şəhərlərə üz tutumasının əsas səbələri dil problemi yaşamaması, yeməklərin bənzərliyi, eyni zamanda orada qarşılaşdıqları xoş münasibətdir. Bununla belə Türkiyə otelləri tətil paketlərini ruslara azərbaycanlılardan daha ucuz təklif edir. Səbəb isə yay mövsümündə bu otelləri dolduranların əsasən ruslar olmasıdır.
Bir tərəfdən də Azərbaycandakı tur agentlikləri qiymətləri bəzən 2 qatına qədər şişirdir. Başqa sözlə, agentlik olmadan birbaşa özün oteli bron edib tətilə getsən, daha ucuz başa gələr. Lakin insanlar yolda nəqliyyat vasitəsi dəyişmək, oteli tapmaq, hava limanından şəhərə getmək və s. bu kimi şeylərə vaxt sərf etməmək üçün tətil proqramlarını tur agentliklərinə həvalə edirlər. Hesablamalara görə, agentliklə iş görmədən birbaşa oteli rezerv edib gedənlər 20-30 faiz qənaət edirlər. Məsələn, Elvin Babayev ötən tur agentliyin 800 manata təklif etdiyi Antalyada 4 ulduzlu oteldəki tətil paketini (bura təyyarə bileti, qarşılama, transport və otel qiyməti daxildir) özü bilet alıb getməklə 560 manata əldə edib.
Əlqərəz…
Yenə də istirahətin müddəti də, keyfiyyəti də son nəticədə gəlib çıxır maliyyənin üzərinə. Ümumi söhbətlərdən yay istirahətini maliyyə gücünə əsasən, yuxarıdan aşağıya doğru bu cür qruplaşdırmaq olar.
- Tətili ekzotik ölkələrdə keçirənlər;
- Avropa ölkələrində keçirənlər;
- Türkiyə, Ukrayna və Gürcüstanda keçirənlər;
- Ölkə daxilində istirahət bölgələrində keçirənlər;
- Evdə keçirənlər;
- Ümumiyyətlə keçirməyənlər.
Təəssüf ki, Azərbaycanda son iki punktdan olan insanlar heç də az deyil. Psixoloqlar normal insanın hər fəsildə istirahət etməli olduğunu, ən pis halda isə yayda mütləq dincəlməli olduğunu deyir. İstənilən halda qızmar yay günlərində bir neçə günlük də olsa, səs-küydən, toz-torpaqdan, qayğılardan uzaqlaşıb dincəlmək hər kəsin haqqıdır.
Xoş istirahətlər, Azərbaycan!

(publika)


Xəbəri paylaş

7918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___