Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ-dan Bakıya gətirdiyi qadının başına oyun açdı – TOY FIRILDAĞI
Tarix: 06-07-2017 | Saat: 16:24
Bölmə:Karusel / Hadisə | çapa göndər

 
Bakıda əcnəbi ölkə vətəndaşına qarşı dələduzluq edilib.ABŞ vətəndaşı, 1970-ci il təvəllüdlü Elizabeth Rose Albecht hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Azər adlı şəxs onu aldadaraq 5 min dollar pulunu alıb.
 
Amerikalı qadın şikayət ərizəsində qeyd edib ki, bir müddət əvvəl Azər adlı şəxslə tanış olub. Həmin şəxs daha sonra qadına evlilik təklif edib və onu Azərbaycana dəvət edib. Elizabeth Rose keçən ay bilet alaraq təyyarə ilə Bakıya gəlib və Azərlə görüşüb. Onlar bir neçə gün görüşüblər və Bakını gəziblər. İyunun 22-də isə Azər qadına bildirib ki, toy etmək üçün pul lazımdır və ondan 5 min dollar alıb. Lakin həmin müddətdən sonra Azər yoxa çıxıb. Çıxılmaz vəziyyətdə qalan amerikalı qadın çıxış yolunu polisə müraciət etməkdə görüb.
 
Müraciət əsasında araşdırmalar aparılır.


Xəbəri paylaş

9548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___