Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əsgərliyi bitirib evə gəlirdilər, 1 öldü, digəri... - Yenilənib
Tarix: 06-07-2017 | Saat: 11:27
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Əsgərliyi bitirib evə gəlirdilər, 1 öldü, digəri...
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Xəbəraz.Az” FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 00:29-da başa çatıb.
***
Gecə saatlarında paytaxtın Qaradağ rayonunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Xəbəraz.Az” “report”a istinadən xəbər verir ki, "99-AU-738" dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik maşınının hərəkətdə olarkən "01-AD-145" dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinə arxadan çırpılması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Lakin sonradan yaralılardan biri də xəstəxanada dünyasını dəyişib. Sözügedən şəxslər hərbi xidmət müddəti başa çatmış şəxsi evinə gətirirlərmiş. Ölənlər arasında həmin əsgərin olub-olmadığı hələ ki, məlum deyil.
***
Bu gecə Bakı şəhərinin Ələt qəsəbəsi ərazisində - Bakı-Qazax magistralının kənarındakı “SOCAR” yanacaqdoldurma məntəqəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
99 AU 738 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik avtomobili magistraldan yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sürücü idarəetməni itirib və maşın yanacaq doldurmaq üçün dayanmış “Shacman” markalı yük avtomobilinə çırpılıb. Bildirilir ki, hadisə vaxtı minik avtomobilinin sürəti təxminin 130-140 kilometr/saat olub.
 
 Hadisə vaxtı “Daewoo”da olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyhbud oğlu ilə onların xalası oğlu 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Maşında olan digər sərnişin, 1995-ci ildə anadan olmuş Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb.
 
Bildirilir ki, qəzada ölən H.Həsənovla ağır yaralanmış N.Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş. Belə ki, Hacızadə qardaşları xidməti başa vurmuş qohumlarını götürüb Bakıya gələrkən onun əsgər yoldaşı N. Qurbanovu da özləri ilə gətirmək qərarına gəliblər.
 
Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.





Xəbəri paylaş

1 0878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___