Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qaradağda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB
Tarix: 06-07-2017 | Saat: 10:37
Bölmə:Karusel / Hadisə | çapa göndər



Ötən gecə Bakının Qaradağ rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində 3 nəfər ölüb, bir nəfər xəsarət alıb.
 
Qaradağ rayon Polis İdarəsində verilən məlumata görə, “Daewoo” markalı minik avtomobilinin “Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində minik avtomobilinin sürücü Rövşən Hacıyev, onun sərnişinləri, qardaşı Üzeyir Hacıyev və Həsən Həsənov adlı şəxs ölüb, Nicat Qurbanov adlı şəxs isə xəstəxanaya yerləşdirilib.
 
Həmin şəxsin vəziyyəti ağırdır.
 
Hazırda Qaradağ rayon Polis İdarəsində yük maşınının sürücüsünün ifadəsi alınır.
 
Faktla bağlı araşdırma aparılır.
 
 
***
 
saat 02.43
 
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Apa-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
 
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 00:29-da başa çatıb.


Xəbəri paylaş

5618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___