Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda nəvə nənəsinin evinə basqın etdi - Qadın ağır yaralandı - YENİLƏNİB - FOTO - VİDEO
Tarix: 05-07-2017 | Saat: 20:29
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər



Astarada evə basqın olub, 89 yaşlı qadın ağır yaralanıb.
Xəbəraz.Az ARB TV-yə istinadla xəbər verir ki, 89 yaşlı Kinəbacı Əsədullayevanın evinə daxil olan şəxs ona yatdığı yerdə bir neçə zərbə endirib. Qadının qışqırığının səsinə oyanan oğlu hadisə yerinə gələndə həmin şəxs qaçıb. 
Kinəbacı Əsədullayeva (zərərçəkən) : "Deyirəm ki, ay bala, sən kimsən?! 2-3 dəfə bunu demişdim ki, təpiyi ilişdirdi başıma. 4 dəfə vurdu məni". 
Qan içində olan qadın dərhal xəstəxanaya çatdırılıb. Başında və qolunda xəsarətlər olan qadına dərhal lazımı tədbirlər görülüb. Qohumları hadisəni qadının nəvəsi Azər Məmmədovun törətdiyini iddia edirlər. Hadisə ilə bağlı polisə məlumat verilib. Hələki saxlanılan yoxdur.
Faktla bağlı araşdırma aparılır.
-------------
10:57
Astarada evə basqın edib, yaşlı qadına xəsarət yetirən şəxsin kimliyi müəyyənləşib.
 
Hadisəni 89 yaşlı Kinəbacı Əsədullayevanın nəvəsi Azər Məmmədovun törətdiyi bildirilir. A. Məmmədov artıq şübhəli şəxs qismində saxlanılıb.
 
Fakt araşdırılır.
--------
08:33
Astarada evə basqın olub, 89 yaşlı qadın ağır yaralanıb.
Hadisə Şahağacı kəndində qeydə alınıb. Kənd sakini 1928-ci il təvəllüdlü Kinəbacı Allahverdi qızı Əsədullayevaya naməlum şəxs və ya şəxslər yaşadığı evində küt alətlə bir neçə zərbə endirilib. Dərhal yaralı oğlu tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağırdır. İlkin məlumata görə, evdən heçnə aparılmayıb.




Xəbəri paylaş

7158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___