Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aygündən rayondan Bakıya gələnlərə - Ağır sözlər
Tarix: 04-07-2017 | Saat: 16:14
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Aygündən rayondan Bakıya gələnlərə
“Yerlipərəst və qohumbaz deyiləm. Düşünürəm ki, milləti geriyə aparmağın ən asan yollarından biri məhz sadaladığım keyfiyyətlərdir. İnsanın zəkasını, savadını, istedadını, qabiliyyətini yerliçiliyə qurban vermək böyük bəladır”.
Xəbəraz.Az” xəbər verir ki, bu sözləri deputat Ziyad Səmədzadənin bəstəkar qızı Aygün Səmədzadə instaqramda yazıb. 
Əməkdar incəsənət xadimi bildirilib ki, yerlipərəstliyi Bakıya rayondan gələnlər gətirib:
“Bu məsələdə nə qədər səmimi olduğumu mahnılarımın ifaçılarının Azərbaycanın müxtəlif bölgələrindən olması sübut edir. Ümumiyyətlə, heç bir vaxt "filankəs bakılıdır" - deyə onu üstün tutaq söhbəti nə ailəmdə, nə də yaxın çevrəmdə olmayıb. Yerlibaz söhbətləri isə həmişə Bakıya sonradan gələnlər salıb. Yəqin düşdükləri yer, təklik, ev üçün darıxmalar da müəyyən aqressiya, özünü müdafiə halları yaradıb, bunu da anlayıram. Amma bu Bakını sevməməyə səbəb deyil. Bakı hər zaman burada doğulanlar üçün gözəl olub. 
Çünki doğmadır və bu romantika məhz doğmalıqdan yaranır. Mənə çox maraqlıdır, Bakını və bakılıları bu qədər sevməyən adamlar niyə burada yaşayır. Hər bölgənin yalnız öz balaca Vətənini sevən adamı qayıtsın yurduna, orda da yaşasın onda. Ora da həkim, müəllim, jurnalist, vəkil lazımdır. Nə danışsaq, nə proqnozlar versək də, Azərbaycanı yalnız mütəşəkkil aydınlıq inkişaf etdirə bilər. Beyinlərdən küçələrə tökülən pintiliyin yığışması yalnız bu torpağa, Böyük Vətənə hər birimizin Böyük Sevgisi səbəbindən baş verər. Mən Azərbaycanı sevirəm, Azərbaycanın hər qarışı Vətəndir. Azərbaycanın hər qarış torpağı da, suyu da, çörəyi də, ağacı da doğmadır”. 

A. Səmədzadə rayondan gələnləri rüşvəti yaymaqda da ittiham edib:
“Gəlin nə Azərbaycanı incidək, nə də hər gələnə qucaq açan Bakını. Ara-sıra paylaşdığınız Bakı və bakılılardan narazı statuslarınıza münasibətimi Bakılılar günündə bildirdim. Misal var, "deyərsən mərd olar, deməzsən dərd olar". Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa, motal pendiri və sair gələnəcən. Və bu gün on yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir. Uzaqdan hər şey daha aydın görünür”.
Qeyd edək ki, A. Səmədzadənin fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi izləyicilər bəstəkarla həmfikir olsa da, onu sərt tənqid edənlər də var.


Xəbəri paylaş

9248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___