Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda tələbə döyülərək qətlə yetirildi (YENİLƏNDİ)
Tarix: 04-07-2017 | Saat: 10:57
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda tələbə döyülərək qətlə yetirildi
Dünən gecə paytaxtın Nəsimi rayonunda döyülərək ağır vəziyyətdə tapılan və sonra "Semaşka" xəstəxanasında ölən şəxs -Mehtiyev Samir Azi oğlu Azərbaycan Texniki Universitetinin tələbəsi deyil.
Bu barədə Azərbaycan Texniki Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev məlumat yayıb.
Onun sözlərinə görə, S.Mehtiyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi olub.
***
Bakıda ölüm hadisəsi baş verib.
Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Fikrət Əmirov küçəsi ilə 28 May küçəsinin kəsişməsində Mehdiyev Samir Azi oğlu ağır vəziyyətdə müəyyən edilib. O, yoldan keçənlərin köməyi ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər S.Mehdiyevin ağır kəllə-beyin travması aldığını bildiriblər. Lakin onların səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, S.Mehdiyev Azərbaycan Texniki Universitetinin tələbəsi olub. Onun tələbə yoldaşları bildirib ki, S.Mehdiyev bir neçə nəfər tərəfindən döyülərək ağır xəsarət alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, təhqiqat aparılır.



Xəbəri paylaş

7498 dəfə oxunub.

Digər xəbərlər
29-07-2019, 11:36 “Metropark” bağlandı

bütün xəbərlər
____ Instagram ___