“Burda hər şey əla qurulub” – “Qəbələ”nin yeni transferi
Tarix: 03-07-2017 | Saat: 11:48
Bölmə:Karusel / İdman | çapa göndər
“Qəbələ” böyük klubdu. Bu komandanın avrokuboklardakı uğurlu çıxışına baxın”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yeni transferi Endi Hallidey deyib.
“Qırmızı-qaralar”ın “Reyncers”dən icarəyə götürdüyü 26 yaşlı yarımmüdafiəçi Britaniya mətbuatına açıqlamasında yeni komandası barədə danışıb.
Hallidey Azərbaycan klubunda uğur qazanacağına inandığını bildirib: “Hələ müqavilə imzalamazdan əvvəl klub barədə geniş məlumat toplamışdım. Keçmişdə bu komandanın formasını geyinmiş Qrem Smit və Şimali İrlandiya yığmasının heyətində Azərbaycana qarşı oynamış Li Hodsonla məsləhətləşmişdim. Onların hər ikisi gözəl ölkə olduğunu demişdi. İndi komandanın bir hissəsi olmaq, Avropa futbolunda yeni cığır açmaq istəyirəm. Hiss edirəm ki, burda hər şey əla qurulub. Gərgin rəqabət şəraitində keçəcək oyunları səbirsizliklə gözləyirəm. Doğrudu, çempionat barədə ətraflı məlumatım yoxdu. Ancaq tezliklə bunu da öyrənəcəm. Hazırda çox gözəl kollektivimiz var”.
Qeyd edək ki, “Qəbələ” Endi Hallideyi birillik icarəyə götürüb.
Xəbəri paylaş
6398 dəfə oxunub.
Digər xəbərlər

26-06-2015, 13:07
Kişilər qadınlarda ən çox nəyə baxır?
22-10-2016, 12:20
Nazirlik: Ermənistan törədəcəyi təxribatlara zəmin yaratmağa çalışır
29-11-2019, 03:34
Əli Əsədov Miroslav Layçakla görüşüb - FOTO
20-11-2016, 13:40
"Trampa vaxt verin"
15-08-2016, 16:08
80 ildən sonra toy: bəy 103, gəlin 99 yaşında - FOTO
3-02-2019, 16:02
Azərbaycanda evlər ucuzlaşacaq
26-09-2017, 13:44
Bakıda QİÇS tapılan transseksualların sayı artdı - RƏSMİ
3-11-2015, 15:56
Amaliya Pənahova yeni görünüşdə - FOTO
3-02-2018, 10:42
Telman İsmayılovun əmlakına yaxın duran yoxdur
10-04-2017, 11:10
Bakıda 25 yaşlı qız yaşadığı binanın girişində bıçaqlandı